Azərbaycanın beynəlxalq əlaqələri

30 avqust 1991 – ci ildə Azərbaycan Ali Soveti SSRİ – nin tərkibindən çıxmaq və respublikanın müstəqilliyi haqqında Bəyannamə qəbul etdi. Azərbaycanın müstəqilliyinin “bərpa edildiyi” bəyan edildi, AzərbaycanXalq Cümhuriyyətindən (1918 – 1920) hüquqi varislik elan olundu.

Azərbaycanın Xarici Siyasətinin prioritetləri :

  • Bazar iqtisadiyyatına və qanunun aliliyinə əsaslanan plüralist demokratiyanın inkişafı;
  • Tez bir zamanda Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası məqsədilə müstəqil xarici siyasətin aparılması;
  • Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə, siyasi müstəqilliyinə, təhlükəsizliyinə qarşı yönəlmiş hədələrin aradan qaldırılması;
  • Azərbaycanvə Ermənistan arasında mövcud olan Qarabağ münaqişəsinin Lissabon sammitinin prinsipləri əsasında və ATƏT – in Minsk qrupu çərçivəsində danışıqlar yolu ilə həll edilməsi;
  • Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinin aradan qaldırılması;
  • Mehriban qonçuluq münasibətlərinin və qonşu ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi;
  • Regionda təhlükəsizliyin və stabilliyin gücləndirilməsi;
  • Qanunsuz olaraq silahların və digər qanunazidd daşımaların qarçısının alınması;
  • Nüvə silahının yayılmasının qarçısının alınması üzrə mövcud qlobal rejimlərə sədaqət və Cənubi Qafqazda nüvə silahından azad zonanın yaradılması;
  • Xəzər dənizi hövzəsinin hərbsizləşdirilməsi;
  • NATO, Avropa İttifaqı, Qərbi Avropa İttifaqı və Avropa Çurası da daxil olmaqla, Avropa və Transatlantik təhlükəsizlik və əməkdaşlıq strukturuna inteqrasiya;
  • Qərb və Şərqin qovşağında yerləşən Azərbaycanın əlverişli strateji və coğrafi vəziyyətindən istifadə edərək, dövlətin iqtisadiyyatının müxtəlif sahələrinin inkişafının sürətləndirilməsi;
  • Azərbaycanın iştirakçısı olduğu Avrasiya nəqliyyat dəhlizinin inkişafı.

NEFT DİPLOMATİYASI

 Dövlət müstəqiliyini yenicə əldə etmiş Azərbaycanrespublikası Xəzər hövzəsinin bütün dünya üçün amılmasının ilk təşəbbüsçüsü olmuşdur. Öz neft və qaz resurslarının istismar edilməsini Azərbaycaniqtisadi inkişafın əsas aləti və dövlətin təhlükəsizliyini, suverenliyini və müstəqilliyini möhkəmləndirməyə xidmət edən əsas faktlar kimi nəzərdə tutur. !994 – cü ildə “Əsrin Müqaviləsi”nin imzalanmasından keçən müddət ərzində Azərbaycanhidrokarbonat yataqlarının işlədilməsi üzrə 20 – dən artıq müqavilə imzalamış, onların realizəsi istiqamətində iş aparmışdır.

ABŞ, Böyük Britaniya, İtaliya, Fransa, Norvüş, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Yaponiya və digər ölkələrin şirkətləri ilə imzalanmış bu müqavilələr Respublikaya böyük miqdarda investisiya və gəlir gətirmiş, gətirir və gətirəcəkdir. 1994 – cü ildən başlayaraq, yəni “Əsrin müqaviləsi”nin imzalanmasından sonra bəzi qüvvələrin bu məsələyə müdaxiləsi nəticəsində, Sovet İttifaqının dağılması ilə əlaqədar Xəzər dənizinin yeni hüquqi statusunun müəyyən edilməsi haqqında məsələ birdən – birə ortaya atılır, bu məsələ Azərbaycanın özünün suveren hüquqlara malik olduğu Xəzər sektorunda hər hansı işin aparması işinə əngəllər yaradılması məqsədilə qaldırılmışdır. Lakin Azərbaycanöz mövqeyinin qətiyyətlə müdafiəsi, həmçinin Qazaxıstanla, sonradan Rusiya ilə əldə olunmuş ikitərəfli danışıqlar nəticəsində Xəzər dənizinin dibinin bölüşdürülməsi prinsipi əsas olaraq qəbul edilmişdir. Ümidvarıq ki, Türkmənistan və İran ilə davam edən danışıqlar prosesi də uğurla sona yetəcək və beləliklə, bütün Xəzərətrafı ölkələr üçün dinamik inkişaf istiqamətində yeni əməkdaşlıq üfüqləri açılacaq.

Azərbaycanneftinin və ümumiyyətlə, Xəzər regionunun hidrokarbonat resurslarının dünya bazzarına çıxarılması üçün 1999 – cu ildə ATƏT –in İstanbul sammitində Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və ABŞ prezidentləri arasında Bakı – Tbilisi – Ceyhan neft borusunun həyata keçirilməsi haqqında tarixi siyasi sənəd imzalanmışdır. 2002 – ci ilin sentyabr ayında Səngəçal terminalında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə keçirilmiş mərasim neft borusunun inşasına başlanğıc verdi. Bu, öz növbəsində, Azərbaycana və regiona inkişafın yeni mərhələsinə doğru addım atmağa yardım edəcəkdir.

AZƏRBAYCAN –  TÜRKİYƏ   münasibətləri

 Azərbaycan və Türkiyə unikal geosiyasi məkanda yerləşirlər. Hər iki dövlət Şərq – Qərb və Şimal – Cənub yolunun ayrılmaz hissəsini təşkil edir. Qədim zamanlardan bu günədək Azərbaycan və Türkiyə Avrasiya körpüsü rolunu oynamışdır. Azərbaycan və Türkiyə – əhalisinin böyük hissəsi türklər – müsəlmanlar təşkil edir, türk dilində danışır, çoxəsrlik ümumi tarixə və mədəniyyətə malikdir. Hər iki dövlətin əhatəsini, ümumi maraqlarını, vahid mənəvi və dini dəyərlərini və bir çox digər faktorları nəzərə alaraq, Azərbaycanvə Türkiyə arasında strateji dostluq münasibətləri milli təhlükəsizlik və dövlət prioritetləri nöqteyi – nəzərindən zəruridir.

1918 – 1919 – cu illərdə, müvafiq olaraq, Osmanlı imperiyası və Türkiyə Azərbaycantərəfindən mütəqilliyin əldə edilmsi xəbərini sevinclə qarşıladılar. Türkiyə dövlət quruculuğu və milli təhlikəsizliyin möhkəmləndirilməsi prosesində Azərbaycanın zəruri dayağına çevrildi.

18 oktyabr 1991 – ci ildə Azərbaycanmüstəqillik əldə etdi. 1918 – ci ildə olduğu kimi, bu dəfə də Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlət Türkiyə oldu. Bu, 9 noyabr 1991 – ci ildə baş verdi, 14 yanvar 1992 – ci ildə diplomatik münasibətlər quruldu.Azərbaycanvətəndaşlarında artıq bunadək Tükiyəyə və türk xalqına müsbət və hərarətli münasibət yaranmışdı. Sovet dövlətinin bir – birindən ayırmağa çalışdığı iki qardaş dövlət və xalq artıq birləşməyə can atırdı.Türk bayraqları Bakı meydanlarında hələ 1988 – ci ildən, milli azadlıq mübarizəsi zamanı görünməyə başlamışdı.

1992 – ci ilin avustunda Ankarada səfirlik, 1993 – cü ildə isə İstanbulda baş konsulluq fəaliyyətə başladı.Bu gün həmin dövrdən çox zaman keçməyib. Bu illər ərzində Azərbaycanvə Türkiyə təbii strateji əməkdaş və müttəfiqlərə çevrilmişlər. Türkiyə Qarabağ münaqişəsinin həllində azərbaycana yardım etmiş və etməkdədir. O, Qarabağ məsələsinə baxılması, təcavüzə son verilməsi və erməni işğalçılarının işğal olunmuş torpaqlardan çıxarılması ilə əlaqədar dəfələrlə BMT Təhlükəsizlik Şurasında məsələ qaldırmışdır. Türkiyə nadir dövlətlərdəndir ki, Ermənistanın təcavüzünü qəbul etmiş və Azərbaycanın işğal olunmuş torpaqlarından hərbi qüvvələrin çıxarılmasını israrla tələb etməkdədir.

Azərbaycanla Türkiyə arasında qardaşlıq və dostluq, mehriban qonşuluq münasibətləri hər iki tərəfin milli maraqlarına cavb verir. Türkiyə Azərbaycanüçün beynəlxalq arenada müttəfiq və dəstəkverici qüvvədir.Azərbaycanvə Türkiyədə vahid valyuta institutları uğurla fəaliyyət göstərir. Türkiyə investisiyaları dövlətin iqtisadi həyatında mühüm rol oynayır. Dövlətlərimiz arasında hiss olunacaq dərəcədə iqtisadi inteqrasiya gedir və onun perspektivləri heç bir şübhə yeri qoymur. Bu istiqamətdə yeganə problem Azərbaycanın əsas ərazisi ilə Türkiyə arasında ümumi sərhədin olmamasıdır. Hava daşımaları malların daha bahalı və dövlətlərin bazarlarında az rəqabətqabiliyyətli olmasına səbəb olur.

İki dövlət arasında strateji münasibətlərin inkişafını stimullaşdıran faktorlar :

  • Ümumi geosiyasi maraqlar;
  • “Beynəlxalq oyun”da ümumi əməkdaşlıq;
  • Xarici siyasətdə ümumi istiqamət;
  • İqtisadi münasibətlərin qarşılıqlı faydalılığı;
  • Vahid etnik köklər;
  • Yaxın mədəniyyət ;
  • Psixoloji amil (potensial vahid ideologiya və i.a.)

Bütün bu faktorlar məcmu halında Azərbaycan–Türk münasibətlərinin və dostluğunun əsasını təşkil edir. Azərbaycanla Türkiyə arasında münasibətlərə böyük və regional qüdrətə malik dövlətlərin Qafqaz regionunda geosiyasi maraqları prizmasından baxmaq daha maraqlı olardı. ABŞ-da daxil olmaqla Qərbin regionda rolu birmənalı deyildir. Bir tərəfdən, orada zəngin və perspektivli Azərbaycanla strteji əməkdaşlıqdan fayda başa düşülür və ümumiyyətlə, onlar üçün iki dövlət arasında qardaşlıq münasibətləri səmərə təşkil edir, digər tərəfdən, onların hökümətləri yaxşı təşkil olunmuş erməni lobbisinin güclü təsirinə məruz qalır, məsələn, Dağlıq Qarabağ məsələsində. Erməni lobbisinin hansı istiqamətdə fəaliyyət göstərməsinə isə heç bir şübhə yoxdur.

AZƏRBAYCAN–   ALMANİYA   münasibətləri

 Almaniya Azərbaycanən müstəqilliyini 12 yanvar 1992 – ci ildə tanıdı. Azərbaycanilə Almaniya arasında diplomatik münasibətlər 20 fevral 1992 – ci ildə quruldu. Almaniyanın Bakıdakı səfirliyi 2 sentyabr 1992- ci ildə, Azərbaycanın Berlində səfirliyi isə 22 sentyabr 1992 – ci ildə açıldı. İkitərəfli münasibətlərin inkişafının təkanvericisi prezident H.Əliyevin 1996 – cı ilin iyulunda Almaniyaya rəsmi səfəri oldu. İkitərəfli münasibətlərin müqavilə – hüquqi bazası 30 sənəddən ibarətdir.

Azərbaycanilə Almaniya arasında ikitərəfli münasibətlər inkişaf edir və bu münasibətlər həm Avropa İttifaqı, həm də Azərbaycanüçün çox önəmlidir. Belə bir bəyannamə ilə Almaniyanın kansleri Anqela Merkel Azərbaycanın prezidenti İlham Əliyev ilə Berlində baş tutmuş üz – üzə görüşünün nəticələri ilə əlaqədar təşkil edilmiş mətbuat konfransında çıxış etmişdir. Merkelin sözlərinə görə, görüş zamanı Azərbaycanvə Avropa İttifaqı arasında energetik əməkdaşlıq və ikitərəfli əlaqələrin möhkəmləndirilməsi məsələləri müzakirə edilmişdir. Prezident Əliyev, öz növbəsində bildirmişdir ki, görüş zamanı Avropa İttifaqı və Azərbaycanarasında mövcud münasibətlərə, Cənubi Qafqazda mövcud münaqişələrə toxunulmuşdur.

AZƏRBAYCAN–   BÖYÜK BRİTANİYA   münasibətləri

18 oktyabr 1991 – ci ildə Azərbaycanöz müstəqilliyini elan etdikdən sonra həmin ilin dekabr ayında Böyük Britaniya Azərbaycanın müstəqilliyini rəsmi tanıdı.Böyük britaniyanın dövlət naziri, xalq deputatı Duqlas Hoqun mart, 1992 – ci ildə Bakıya səfəri Böyük Britaniya ilə Azərbaycanarasında diplomatik münasibətlərin əsasını qoydu. Böyük Britaniyanın Bakıdakı ilk səfiri Tomas Yanq öz fəaliyyətinə 1993 – cü ildə başladı. 1994 – cü ildə londonda  Azərbaycanın Respublikasının səfirliyi açıldı.

22 – 25 fevral 1994 – cü ildə AzərbaycanRespublikasının prezidenti Heydər Əliyev Böyük Britaniyanın baş naziri Con Meyconun dəvəti ilə bu ölkəyə rəsmi səfər etdi. Səfər zamanı C. Meycon və H. Əliyev Böyük Britaniya və Azərbaycanarasında “Dostluq və əməkdaşlıq haqqında” Saziş, “İkili verginin ləğvi haqqında”, “İnvestisiyaların təbliği və müdafiəsi haqqında” müqavilələr, “Energetika sahəsində əməkdaşlıq haqqında” Memorandum imzaladılar.

Hal – hazırda Azərbaycanda Böyük Britaniyanın 100 – dən artıq şirkəti fəaliyyət göstərir. 1994 – cü ildə Bakıda imzalanmış “Əsrin müqaviləsi”nin həyata keçirilməsi üçün yaradılmış Azərbaycanbeynəlxalq əməliyyat şirkətində britaniyalı şirkət olan “Britiş Petrolium” aparıcıdır.

AZƏRBAYCAN–   RUSİYA  münasibətləri

Azərbaycan və Rusiya arasında diplomatik münasibətlər 4 aprel 1992 – ci ildə qurulmuşdur, bir neçə ay sonra isə sentyabrın 30 –da bu ölkələrin hökumətləri azad ticarət haqqında razılaşma imzaladılar, daha sonra isə bir neçə başqa beynəlxalq müqavilələr imzalandı.Azərbaycanvə Rusiya arasında münasibətləri stabildir və dinamik inkişafdadır. Hər iki dövlət Şimal – Cənub nəqliyyat dəhlizində əməkdaşlıq edir, energetik sahədə qarşılıqlı fəaliyyət göstərir, beynəlxalq terrorizmlə birgə mübarizə aparır. İki dövlətin əməkdaşlığı humanitar sahədə də inkişaf edir.

Xəzərin statusu üzrə danışıqlarda Xəzər dənizinin dibinin bölüşdürülməsi haqqında tərəflərin prinsipial mövqeləri üst – üstə düşür. Digər məsələlər üzrə danışıqlar davam edir.

2006 – cı ilin fevralında Rusiya prezidenti Vladimir Putin çoxsaylı məmur, iş adamı və mədəniyyət nümayəndələri heyəti ilə Bakıya səfər etmişdir. Bu, Putinin sayca 3 – cü rəsmi səfəri idi. Azərbaycanın dini icmalarının rəhbərləri ilə görüş zamanı Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyx – ül İslam Hacı Allahşükür Paşazadə Putinə 2005 – ci ildə təsis edilmiş və dövlətçilik sahəsində görkəmli xidmətlərə görə dövlət xadimlərinə verilən “Şeyx – ül İslam” ordenini təqdim etmişdir.

Rusiya Azərbaycanın neft – qaz layihələrində iştirak edir və beynəlxalq konsorsiumlarda öz payına malikdir.

2005 – ci ildə Bakı – Novorossiysk neft borusu ilə təxminən 4,4 mln ton Azərbaycannefti ixrac edilmək üçün axıdılmışdır. Bu neft borusunun stabilliyi və neftin axıdılması üçün tariflərin dərəcəsi 1990 – cı illərdə Rusiya ilə Azərbaycanarasında çoxsaylı münaqişələrin yaranmasına səbəb olmuşdur. Neft borusu münaqişəli Çeçenistan ərazisindən keçirdi və burada neftin əhəmiyyətli hissəsi itkiyə məruz qalırdı. İtkinin qarşısının alınması və Azırbaycan ilə Rusiya arasında narazılıqların nizamlanması məqsədilə Çeçenistandan kənar yeni qol inşa edilməli oldu.

Azərbaycanvə Rusiya arasında münasibətlərin bəzi aspektləri :

  • Rusiya Azərbaycanda Qəbələ RLS – i icarəyə götürmüşdür – Qəbələ RLS Sovet dövləti zamanında SSRİ – nin raket əleyhinə müdafiə sisteminin mühüm elementlərindən biri qismində inşa edilmişdir. Azərbaycanın müstəqillik əldə etməsindən və RLS – in onun  mülkiyyətinə keçməsindən sonra Rusiya onun istifadəsini davam etdirmişdir. RLS – in icarəsi haqqında onillik razılaşma isə yalnız 2002 – ci ildə imzalanmışdır.
  • Azərbaycanrus hərbi texnikasının Gümrüdə (Ermənistana) verilməsindən və Rusiyanın Qarabağ məsələsinin nazamlanması perspektivinə göstərəcəyi təsirdən narahatdır.
  • Azərbaycandəfələrlə rus şirkətlərinin tanınmamış “Dağlıq Qarabağ Respublikası” ərazisində vəsait qoymalarına və biznes aparmalarına qarşı etirazını ifadə etmişdir.
  • AzərbaycanMoskvada açıq şəkildə antirus hesab olunan GUAM – ın (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) üzvüdür.
  • Rusiya Xəzər neftinin ondan kənar Qərbə ixracı haqqında ABŞ – ın təşəbbüs göstərdiyi layihələrə münasibətdə narazılığını bildirmiş və bu layihələri iqtisadi deyil, siyasi layihələr hesab etməkdədir. Bakı – Tbilisi – Ceyhan xəttinin inşasından sonra hazırda qazax neftinin Azərbaycanərazisindən Qərbə daşınması üçün Bakı – Aktau marşrutu üzrə neft borusunun layihəsi haqqında məsələ ortaya çıxmışdır – bunun realizəsi baş tutsa, qazax neftinin əsas kütləsi Rusiyadan kənar, Bakı – Ceyhan neft borusu vasitəsilə axıdılacaq.

Azərbaycan ərazisində çoxsaylı çeçen qaçqınlar, habelə rus hərbçilərinə qarşı silahlı əməliyyat iştirakçıları yaşayır. Azərbaycanərazisi uzun zaman çeçenlər tərəfindən tranzit ölkə və yaralı əsgərlərin bərpası və müalicəsi aparılan baza qismində istifadə edilmişdir. Hərbçilər çox asanlıqla Azərbaycanla Dağısatan arasındakı sərhədi  keçə bilirdilər. 15 sentyabr 2004 – cü ildə rus hakim dairələri Beslanda törədilmiş terror aktından sonra avtonəqliyyat və insanlar üşün bütün sərhəd piyada keçidlərini bağladılar və yalnız ay yarımdan sonra prezidentlər arasında danışıqlardan sonra, habelə keçmiş hərbçilər qrupunun tutulması və rus hökumətinə verilməsinsən sonra açdılar. Bakıda çeçen nümayəndəliyi bağlandı.

AZƏRBAYCAN– ERMƏNİSTAN münasibətləri

Azərbaycan və Ermənistan arasında gərgin münasibətlər dərin tarixi köklərə malikdir. 1980 – ci illərin axırlarında AzərbaycanSSR – in Dağlıq Qarabağ Muxtar Vilayətindəki əhalinin az bir hissəsini təşkil edən ermənilər vilayətin Ermənistan SSR – in tərkibinə verilməsi tələbləri ilə çıxış edirdilər. Bu tələblər Ermənistan rəhbərliyi tərəfindən dəstəkəndi. Getdikcə böyüyən etno-siyasi münaqişə azərbaycanlıların etnik təmizlənməsinə, onların Ermənistandan qovulmasına və hərbi toqquşmalara gətirib çıxardı. Bu hərbi toqquşmalar SSRİ – nin süqutundan sonra tammiqyaslı müharibəyə çevrildi və bunun gedişində Azərbaycanərazisinin əhəmiyyətli hissəsi erməni hərbi birləşmələrinin nəzarəti altına keçdi. Bütün bunlarla əlaqədar olaraq, Azərbaycanrəhbərliyi 1980 – ci illərin sonundan etibarən Ermənistanla bütün nəqliyyat əlaqələrini kəsərək Ermənistanı və Dağlıq Qarabağ Muxtar Vilayətini iqtisadi blokada vəziyyətində qoydu.

1994 – cü ildən bugünədək davam edən atəşkəs haqqında saziş imzalandı. Tərəflər sazişin imzalandığı anda malik olduqları müvafiq mövqedə bu gün də qalmaqdadır. Dağlıq Qarabağ de fakto müstəqil dövlətdir və Dağlıq Qarabağ Respublikası adlanır .O, Ermənistanla sıx əlaqələr saxlayır və onun milli valyutası olan dramdan istifadə edir. Azərbaycanvə beynəlxalq birlik Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyır. Lakin hələ də  beynəlxalq birlik davam etməkdə olan işğal rejiminə və insan hüquqlarının tapdanmasına göz yumur.

Ölkələr arasında atəşkəsin bərqərar edilməsinə baxmayaraq, erməni hərbçiləri tərəfindən atəçkəsin davamlı surətdə pozulması hallarına rast gəlinir. Atəşkəsin pozulması Ermənistanın beynəlxalq hüquq normalarını kobud surətdə pozmasını sübut etməklə yanaşı, Azərbaycanhərbçilərinin və mülki şəxslərin ölümünə, yaralanmasına və dinc sakinlərin qorxu altında yaşamasına səbəb olur.

Danışıqlar gedişində Ermənistan güzəştə getmək istəmədiyini ifadə edir. Azərbaycantəkid edir ki, Qarabağın statusunun müzakirəsinədək erməni hərbçiləri Dağlıq Qarabağın ərazisindən çıxarılsın, məcburi köçmüş insanlara isə öz evlərinə dönməyə icazə verilsin. Ermənistan Dağlıq Qarabağı azərbaycanın qanuni parçası hesab etmir və bildirir ki, region öz müstəqilliyini azərbaycanın müstəqillik əldə etməsi ilə eyni zamanda elan etdiyi üçün hər ikisi keçmiş SSRİ – nin dövlət – varisləridir. Bu bəyanatla çıxış edərkən erməni hakim dairələri unudur ki, Qarabağ Azərbaycanın tarixi torpağıdır və SSRİ yarananadək məhz Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti altında olmuşdur, Qarabağın əhalisinin 90% – dən çoxunu məhz azəri türkləri təşkil etmişdir, Qarabağ toponimləri qədim tarixə malik olub, məhz türk dilindədir. Qarabağda mövcud olmuş, lakin artıq erməni vandalizminin qurbanı olmuş tarixi abidələr, qəbirstanlıqlar, memarlıq nümunələri, bu nümunələrin xüsusiyyətləri bu torpaların hər zaman türklərə aid olmasını sübut edir.

Erməni hakim dairələri israr edir ki, bu regionun gələcəyinə aid olan istənilən müzakirələrdə Dağlıq Qarabağ hökuməti də iştirak etsin və işğal olunmuş torpaqların geri qaytarılmasından və regionun statusunun müzakirəsinin başlanmasınadək qaçqnların öz yurdlarına dönməsinə imkan yaratmaqdan imtina edir.

Beynəlxalq hüquq normalarının hər hansı hüquqi qüvvəsi vardırsa, o zaman tamamilə əminliklə iddia etmək olar ki, Ermənistanın, ümumiyyətlə, nəsə tələb etmək və ya nədəsə israr etmək hüuqu yoxdur. Azərbaycandövlətinin suvetrenliyi və ərazi bütövlüyünü pozaraq, onun torpaqlarını işğal etmiş, Qarabağda, xüsusilə də, Xocalı şəhərində görünməmiş qətliam törətmiş, insan hüquqlarını misilsiz surətdə pozmuş və pozmaqda davam edən Ermənistan Respublikası beynəlxalq birlik tərəfindən günahkar elan edilmədikcə və Azərbaycanvə beynəlxalq birlik tərəfindən layiqli cavabını almadıqca hər hansı bir ədalətdən, demokratiyadan və insan hüquqlarından danışmaq tamamilə əhəmiyyətsizdir.

AZƏRBAYCAN–   GÜRCÜSTAN  münasibətləri

Azərbaycanvə Gürcüstan arasında diplomatik münasibətlər 12 yanvar 1992 – ci ildə qurulmuşdur. 1995 – ci ilin fevralında Bakıda Gürcüstanın Azərbaycanda səfirliyi, 1996 – cı ilin martında isə Tbilisidə Azərbaycanın Gürcüstandakı səfirliyi açıldı. Hazırda Azərbaycanla Gürcüstan arasındakı münasibətlər yüksələn şəkildə inkişaf edir. İndiyədək dövlətlər arasında 70 – dən artıq müqavilə və saziş bağlanmışdır. Bütün bu sənədlər dövlətlərarası münasibətlərin genişlənməsinə, dərinləşməsinə və inkişafına yardım edir, Azərbaycanvə Gürcüstan regionda sülh və əmin – amanlığın zəmanətçisi kimi, bu sahədə böyük iş aparmışlar. Hər iki dövlət inteqrasion əlaqələrin inkişafı üçün böyük potensiala malikdir. Geosiyasi və iqtisadi maraqların üst – üstə düşməsi bu iki respublikanın iqtisadi əməkdaşlığının davamlı inkişafına yardım edir. Onlardan hər biri, öz növbəsində, bir tərəfdən Avropaya, digər tərəfdən Mərkəzi Asiyaya çıxış üçün nəqliyyat dəhlizi funksiyasını yerinə yetirir. Azərbaycanvə Gürcüstanın bu cür əlverişli nəqliyyat – coğrafi mövqeyi xarici investisiya axınını təmin edən faktorlardan biridir. Şübhəsiz, xarici investisiyaların əsas hissəsi neft sənayesinə və ona xidmt edən istehsalata gəlir.

Azərbaycanhər zaman Gürcüstan üçün dayaq olmuşdur. İqtisadi cəhətdən geridə qalmış və təbii ehtiyatlar cəhətindən zəngin olmayan Gürcüstan daim Azərbaycanın iqtisadi və siyasi dəstəyini hiss etmişdir. Bakı – Tbilisi – Ceyhan neft kəməri vasitəsilə Gürcüstana böyük gəlir gəlməsini təmni etməklə yanaşı, AzərbaycanGürcüstanı qarşılıqsız olaraq qazla təmin edir.

AZƏRBAYCAN–   BELORUSİYA münasibətləri

Münasibətlər fəallaşmışdır. Tərəflər yüksək səviyyədə səfərlər mübadiləsi edir, nəhəng birgə layihələrin, o cümlədən, istilik – energetik sahədə layhələrin realizə edilməsi imkanları işlənir. Söhbət, xüsusilə Azərbaycanneftinin Belorus NEZ – da yenidən emalından gedir.

AZƏRBAYCAN–    UKRAYNA münasibətləri

Azərbaycanvə Ukrayna arasında diplomatik münasibətlər 6 fevral 1992 – ci ildə qurulmuşdur. Bugün üçün iki dövlət arasında münasibətlərin müqavilə – hüquqi bazası 60 –dək qüvvədə olan sənəddən, o cümlədən səkkiz dövlətlərarası müqavilə və sazişdən, 28 beynəlxalq hökumətlərarası sazişdən ibarətdir.

Ukrayna Azərbaycanı strateji əməkdaş hesab edir. Kiyev həmişə Azərbaycanın ərazi bütövlüyünün qorunması lehinə çıxış etmişdir. İki ölkə həm iqtisadi, həm də siyasi sahədə fəal əməkdaşlıq edirlər. Ukraynanın Azərbaycana ixrac etdiyi əsas məhsullar polad, armatur, transformatorlar və dəmiryol vaqonlarıdır. Azərbaycanın Ukrayna ilə münasibətləri müstəqillik illərində ən yüksək səviyyəyə çatmışdır. Əməkdaşlıq siyasi, iqtisadi, mədəni və digər səviyyələrdə inkişaf edir.

AZƏRBAYCAN–  MİSİR münasibətləri

MƏR Azərbaycanın müstəqilliyini 25 dekabr 1991 – ci ildə tanımışdır, iki dövlət arasında diplomatik münasibətlər 11 aprel 1992 – ci ildə qurulmuşdur. Azərbaycanın Misirdəki səfirliyi 1994 – cü ildən fəaliyyət göstərir.

Azərbaycanvə Misir arasında ikitərəfli münasibətlər, onların siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığı uğurla inkişaf edir. Beynəlxalq təşkilatlar çərçivəsində yüksək səviyyəli qarşılıqlı əlaqələri qeyd etmək zəruridir.

Misir prezidenti Mübarək, xüsusi olaraq qeyd etmişdir ki, onun ölkəsi Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində və sülh yolu ilə həlli yolunu dəstəkləyir.

Misirdə, əsasən, Qahirə Universitetində 200 – dək azərbaycanlı tələbə təhsil alır. Burada onlara ingilis və fransız dillərində tibb, hüquq, iqtisadiyyat və digər ixtisaslar öyrədilir. Öz növbəsində, Azərbaycanda 16 misirli aspirant təhsil alır. Təhsil sahəsində biz artıq yeni inkişaf mərhələsinə addım atırıq. Bu sahədə müvafiq müqavilə də mövcuddur. Belə ki, Azərbaycanla Misir arasında “Mədəniyyət və məlumat mərkəzinin yaradılması haqqında” müqavilə bağlanmışdır. Tezliklə Qahirə və İsgəndəriyyə kimi Misir şəhərlərində Azərbaycanmədəniyyət mərkəzləri yaradılacaq.

Azərbaycanvə Misir yalnız İslam Konfransı Təşkilatı çərçivəsində deyil, həm dən BMT və digər təşkilatlar çərçivəsində əməkdaşlıq edir.

AZƏRBAYCAN– MƏRKƏZİ ASİYA ÖLKƏLƏRİ münasibətləri

Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında inkişafda olan münasibətlər mövcuddur. Qazaxıstan və Türkmənistan ilə mümkün birgə energetik layihələr daha perspektivli görünür. Bu ölkələrlə Xəzər ehtiyatlarının mənsubiyyəti ilə bağlı mübahisələr yaranmışdır. Bakı Türkmənistanın yeni rəhbərliyi ilə ümumi dil tapmağa çalışır.

AZƏRBAYCAN–   İRAN   münasibətləri

Azərbaycanilə İran İslam Respublikası (İİR) arasında birbaşa ikitərəfli münasibətlər 1991 – ci ilin dekabrında, İİR Azərbaycanın müstəqilliyini tanıdıqdan sonra yarandı. İki ölkənin diplomatik münasibətləri 12 mart 1992 – ci ildə quruldu. 1992 – ci ilin dekabrında dövlət katibi Pənah Hüseynovun rəhbərliyi ilə Azərbaycan hökumətinin nümayəndə heyəti Tehrana işgüzar səfər etdi. 1993 – cü ilin oktyabrında Bakıya İİR – ın prezidenti Əkbər Haşəmi Rəfsancani səfər etdi. Səfər çərçivəsində 14 beynəlxalq hökumətlərarası sənəd imzalanmışdır. 1994 – cü ilin dekabrında Azərbaycanın baş naziri Həsən Həsənov Qarabağ məsələsinin nizamlanması məsələsini Tehranda müzakirə etdi.

1994 – cü ilin iyulunda prezident H. Əliyev İrana səfər etdi və bu zaman dövlətlərarası bəyannamə və 8 iqtisadi və humanitar saziş imzalanmışdır. Sonrakı illərdə rəsmi şəxslərin mühüm qarşılıqlı səfərləri davam etdirilmişdir. Bunlardan biri İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Həsən Ruhaninin 2001 – ci ildə səfəri olmuşdur.

2002 – ci ildə Azərbaycan prezidentinin İrana səfəri 10 sənədin imzalanması ilə müşayiət olunmuşdur.

2004 – cü ildə prezident Məhəmməd Xatəmi Azərbaycana səfər etdi və 10 hökumətlərarası sənəd imzalandı.

2005 – ci ildə Azərbaycan prezidenti İlham Əliyev İrana rəsmi səfər etdi və eyni ildə İran prezidenti Naxçıvana gəldiyi zaman Azərbaycanın bu muxtar vilayətinə İran qazının daşınması haqqında razılaşma imzaladı. Hazırda ikitərəfli münasibətlərin hüquqi bazasına 78 müqavilə daxildir.

AZƏRBAYCAN– PAKİSTAN   münasibətləri

Pakistan Azərbaycanın əsas strateji müttəfiqlərindən biridir. Azərbaycanın müstəqilliyi Pakistan tərəfindən 12 dekabr 1992 – ci ildə tanınmış və iki dövlət arasında diplomatik münasibətlər 9 iyun 1992 – ci ildə qurulmuşdur. Pakistan İslam Respublikası hər zaman Azərbaycanla məhsuldar əməkdaşlıq həyata keçirmişdir. 30 aprel 1993 – cü ildə BMT – nin Təhlükəsizlik Şurasının Ermənistan – AzərbaycanDağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 822 – ci qətnaməsinin qəbul edildiyi iclasın sədri məhz Pakistan olnmuşdur. 1995 – ci ilin oktyabrında Pakistan prezidenti Sərdar Faruq Əhməd Xan Ləqari Azərbaycana rəsmi səfər etdi.

1996 – cı ilin aprelində Azərbaycanprezidenti H. Əliyev rəsmi səfərlə Pakistanda oldu. Dövlət başçılarının qarşılıqlı səfərləri iki ölkə arasında münasibətlərin daha çox inkişafı üçün təkan verdi, müxtəlif sahələrdə əməkdaşlıq haqqında müqaviləlr imzalandı. Tərəflər bəyan etmişlər ki, bir – birlərini Ermənistan – AzərbaycanDağlıq Qarabağ və Kəşmir məsələlərində dəstəkləyirlər.

2005 – ci ilin aprelində Azərbaycanprezidenti İ. Əliyev Pakistana rəsmi səfər etdi. Səfər gedişində o, Pakistanın dövlət rəhbərləri ilə görüşdü və müxtəlif məsələlər üzrə danışıqlar apardı. Bu səfər zamanı Azərbaycanvə Pakistan arasında təhsilə, mədəniyyətə, nəqliyyata, rabitəyə, informasiya texnologiyasına, aviasiyaya, maliyyəyə dair 6 saziş imzalandı.

Pakistan, Türkiyədən sonra 2 – ci dövlətdir ki, Ermənistanla onun işğalçı siyasəti nəticəsində heç bir diplomatik münasibətlər qurmamışdır. Azərbaycan, öz növbəsində, Kəşmir məsələsində Pakistanı dəstəkləyir. Azərbaycanla Pakistan arasında qarşılıqlı əlaqə dostluq və müttəfiqlik əsasında qurulmuşdur.

AZƏRBAYCAN–  İSRAİL   münasibətləri

İsraili Azərbaycanla yalnız iqtisadi və siyasi münasibətlər deyil, həm də tarixi və mədəni ümumilik birləşdirir. Azərbaycanla İsrail arasında diplomatik münasibətlər 1992 – ci ildə qurulmuşdur. Hər iki tərəfin bir – birinə münasibəti daim ürəkaçan olmuşdur. Azərbaycan rəhbərliyi keçmiş Sovet məkanında antisemitizmin istənilən şəkildə ifadəsini həmişə mühakimə etmişdir və etməkdədir. Öz növbəsində, yəhudi diasporası (İsraillə sıx əlaqədə olan) ABŞ – da Azərbaycanın maraqlarını təmsil edir.

Geniş iqtisdadi və siyasi əməkdaşlığın əsası 1998 – ci ildə qoyulmuşdur, həmin vaxt o zamankı baş nazir Benyamin Netanyaxu Bakıya səfər etdi. 1994 – cü ilin əvvəllərində MDB, Mərkəzi və Şərqi Avropa ölkələri üzrə bölmənin baş direktoru Şimon Staynın başçılığı ilə İsrailin xarici işlər nazirliyinin nümayəndə heyəti Bakıya gəldi.

Tarixi olaraq, Azəri türkləri və yəhudi xalqı arasında münasibətlər hər zaman yaxşı olmuş, Azərbaycanda heç vaxt antisemitizm mövcud olmamışdır. Bu fakt Azərbaycanla İsrail arasında iqtisadi, siyasi və parlamentlərarası münasibətləri inkişaf etdirməyə izn verir. Azərbaycan keçmiş SSRİ – nin antisemitizmin mövcud olmadığı yeganə respublikasıdır.

“Azərbaycan – İsrail mədəni əlaqələr cəmiyyəti” yaradılmışdır, bu cəmmiyyət “Az – İz” adı altında qəzet dərc etdirir. 1993 – cü ildə Bakıda İasrail səfirliyi açılmışdır. Ölkəmizdə İsrail şirkətləri uğurla və aktiv fəaliyyət göstərir. 1992 – ci ildə İudaist və yəhudi mədəniyyət Assosiasiyasının Azərbaycan bölməsi yaradılmışdır. Yəhudi Mədəniyyət Mərkəzi nəzdində elmi mərkəz yaradılmışdır ki, bunun da vəzifəsi Azərbaycandakı yəhudi icmalarının tarixi, mədəniyyəti, etnoqrafiyası haqqında məlumatların hazırlanması, toplanmış sənədlərin öyrənilməsi və tədqiqatın nəticələrinin dərc edilməsindən ibarətdir. Yəhudi Mədəniyyət Mərkəzi hər il Bakıda, Gəncədə, Qubada və Sumqayıtda Yəhudi kitab festivalı keçirir.

2001 – ci ildə Bakıda “Qafqazın dağlı yəhudiləri” adlı elmi – praktiki konfrans keçirilmişdir. İsrail, Rusiya, ABŞ və Azərbaycan alimləri məruzələr təqdim etmiş, burada yəhudi – dağlıların tarixi və ənənlərinin müxtəlif aspektləri nəzərdən keçirilmişdir. Azərbaycanın dağlı – yəhudi icmasının nümayəndələrinin təşəbbüsü ilə 2003 – cü ilin fevralında Tel – Əvivdə Təsisat Yığıncağında Ümumdünya Dağlı – Yəhudi Konqresi yaradılmışdır. Dağlı yəhudilərin dini icmaları Azərbaycanın 4 şəhərində – Bakı,Quba, Oğuz və Privolnoye kəndində mövcuddur. Qırmızı Slobada qəsəbəsi keçmiş Sovet məkanında yeganə yerdir ki, orada yəhudilər kompakt şəkildə yaşamaqda davam edirlər. Sadalanan şəhərlərin öz sinaqoqları vardır. Aşkınaz və gürcü sinaqoqları 2003 – cü ilin martında Bakıda çoxmərtəbəli binaya köçürülmüşdür.

Azərbaycanda ilk yəhudi təşkilatları “Alef” gənclər klubu və Yəhudi Mədəniyyət Mərkəzi Bakıda 1980 – ci illərin sonlarında meydana gəlmişdir. 1992 – ci ildə Azərbaycan Elmlər Akademiyasında və Beynəlxalq İudaistlər və Yəhudilər Mədəniyyəti Assosiasiyasında “Dağlı yəhudilər – tarix və çağdaşlıq” beynəlxalq seminarı keçrilmişdir. 1996- cı ildən başlayaraq, Azərbaycanda yəhudi icma həyatında coşğun fəallıq müşahidə olunmuşdur.

İsrail üçün yəhudi Agentliyi (“Soxnut”), Amerikan yəhudilərinin birləşmiş sərəncamverici Komitəsi (“Coynt”), “Vaad le – Açala” çoxsaylı müxtəlif proqramlar irəli sürmüşdür. “Coynt” nəzdində “Xesed – Qerşon” xeyriyyə cəmiyyəti, yəhudi mədəniyyət mərkəzi, “Qilel” gənclər klubu, uşaq bağçası yaradılmışdır. “Soxnut” Bakıda və yəhudilərin yaşadığı digər şəhərlərdə 22 təhsil proqramı həyata keçirmişdir. “Vaad le – Açala”nın köməyilə 1999 – 2001 – ci illərdə Bakıda məktəb açılmışdır. Daha bir yəhudi məktəbi 2002 – ci ildə “Or – avner” fondunun dəstəyi ilə açılmışdır. Bakıda qadın xeyriyyə təşkilatları yaradılmışdır – Yəhudi qadınlarının Assosiasiyası (1992) və “Xava” (1996) – bu təşkilatlar ehtiyacı olan yəhudi ailələrinə maddi və digər yardım göstərmək öhdəliyi daşıyır.

“Xesed – Qerşon”un hesabında təxminən 1700 adam vardır. Bakıdan başqa, “Xesed – Qerşon” 4 filiala malikdir : Sumqayıt, Gəncə, Oğuz və Privolnoye. Öz xeyriyyə proqramlarını dini icmalar da yerinə yetirirlər.

Bakıda 4 yəhudi qəzeti və məlumat bülleteni dərc edilir (hər biri aylıqdır) :

“Bizim İsrail”, “Or – Şelyanu”, “Qüllə”, “Xesed – Qerşon”.

AZƏRBAYCAN– LÜKSEMBURQ münasibətləri

Kiçik dövlət olmasına baxmayaraq, Lüksemburq Avropa İttifaqı ölkələri arasında adambaşına düşən gəliri ən yüksək olan ölkədir. Lüksemburqda bank sistemi çox inkişaf etmişdir. Bununla əlaqədar olaraq, danışıqlar aparılmış və Azərbaycanın bank işçilərinin hazırlanmasında yardım göstərilməsi barədə ATTF maliyyə texnologiyalarının verilməsi Agentliyi ilə razılıq əldə olunmuşdur. Bu layihə çərçivəsində bank sisteminin təkmilləşdirilməsi məqsədilə qısamüddətli və uzunmüddətli təlimlər təşkil olunacaq. Təlimlər həm Bakıda, həm də Lüksemburqda keçiriləcəkdir.

Münasibətlərin müqavilə – hüquqi bazasının təkmilləşdirilməsi davam edir. Lüksemburq tərəfindən mədəniyyət, təhsil, elm sahələri üzrə əməkdaşlıq haqqında Saziş təklif olunaraq müzakirəyə qoyulmuşdur. Yaxın zamanlarda imzalanması nəzərdə tutulan “İkili verginin ləğv olunması haqqında” müqaviə paraflanmışdır.  Dövlətin müxtəlif qurumları ilə sıx əlaqələr qurulmuşdur. UNESCO, ECOSOS kimi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq uğurla inkişaf edir.

AZƏRBAYCAN–  NİDERLAND  münasibətləri

Azərbaycansəfirliyi Niderland Krallığında 26 yanvar 2005 – ci il tarixində akreditə olunmuşdur. Hollandiyanın XİN – də Azərbaycan– Hollandiya arasında müxtəlif sahələrdə əməkdaşlığının həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilməsi, möhkəmləndirilməai və inkişafı məsələsinin müzakirəsi məqsədilə görüşlər keçirilmişdir. Həmçinin, dövlətin digər qurumları və ictimai təşkilatları ilə sıx əlaqələr qurulmuşdur. Haaqda Beynəlxalq Tribunal, Beynəlxalq Cinayət Məhkəməsi, Avropol kimi Beynəlxalq təşkilatların nümayəndəlikləri ilə mütəmadi işlər aparılır. Təhsil üzrə Niderland təşkilatı ilə Hollandiyanın müxtəlif institut və universitetlərində azərbaycanlı tələbələrin təhsilə cəlb olunması haqqında sazişin əldə olunması məqsədilə danışıqlar aparılır. Azərbaycanvə Hollandiya arasında olan siyasi münasibətlərin müsbət tendesiyası, həmçinin iqtisadi münasibətlərin möhkəmləndirilməsində də öz əksini tapır. Buna sübut, son illər ərzində dövlətlər arasında müşahidə olunan mal dövriyyəsinin artmasıdır. Müqavilə – hüquqi bazanın inkişafı və təkmilləşdirilməsi yalnız humanitar və siyasi sahələrdə deyil, həm də iqtisadi sahədə də həyata keçirilir. Niderland tərəfindən həyata keçirilən müxtəlif iqtisadi, humanitar proqramlara Azərbaycanın cəlb olunması haqqında müzakirələr aparılır.

AZƏRBAYCAN–  RUMINİYA   münasibətləri

Rumıniya Azərbaycanın müstəqilliyini tanımış ilk dövlətlərdən biridir. Bu iki dövlət arasında əməkdaşlıq müvəffəqiyyətlə həyata keçirilir. Rumıniya Azərbaycanın müstəqilliyini hələ 1991 – ci ildə tanımışdır və bir ildən sonra dövlətlər arasında diplomatik münasibətlər qurulmuşdur. Bu illər ərzində Azərbaycanvə Rumıniyada səfirliklər açılmışdır. Uğurlu əməkdaşlıq İlham Əliyevin həmkarı İon İlisku ilə Buxarestdə aparılan danışıqlar zamanı qeyd olunmuşdur. Görüş zamanı Rumıniya dövlət başçısı 2002 – ci ilin oktyabr ayında Bakıya etdiyi səfərini hərarətlə xatırladı. O zaman Rumıniyada Azərbaycannefti və qazının Avropaya nəqlinə hazır olduğunu bəyan etmiş və Xəzər enerji daşıyıcılarının alıcısı kimi çıxış etmişdir.

Azərbaycanvə Rumıniya birgə bəyannamə də daxil olmaqla, 11 müqavilə bağlamışdır. Bu bəyannamədə iki ölkənin qlobal və regional siyasi problemlərə, o cümlədən Dağlıq Qarabağ məsələsinə vahid yanaşması qeyd edilmişdir. Buxarestdə imzalanmış digər sənədlər narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında müqavilə, ədliyyə, gömrük orqanları arasında əməkdaşlıq haqqında müqavilələr imzalanmışdır. Bu iki tərəfli sazişdən əlavə, Dövlət Teleşirkətləri, dövlət arxivləri, həmçinin AzərbaycanNeft Akademiyası və Rumıniya Neft və Qaz Universiteti arasında sazişlər imzalanmışdır. Buxarestdə, həmçinin Rumıniya prezidenti İon İliskunun Azərbaycanordeni olan “İstiqlal” ordeni ilə təltif edilmə mərasimi də keçirilmişdir. Rumıniya Azərbaycanın regiondakı rolunu yüksək qiymətləndirir və əlaqələrin inkişafında maraqlıdır. Azərbaycanüçün Avro – Atlantika strukturuna inteqrasiya etmək və NATO ilə əmədaşlıq etmək çox vacibdir.

Azərbaycanilə Rumıniya arasında münasibətlər bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə inkişaf edir. Hər iki ölkə NATO – nun “Sülh naminə əməkdaşlıq” proqramı çərçivəsində sıx münasibətdədirlər və beynəlxalq terrorizmlə birgə mübarizə aparırlar.

İki ölkənin münasibətləri çoxtərəfli xarakter daşıyır. Rumıniyanın BMT – də dondurulmuş münaqişlərin müzakirəsi üzrə GUAM – ın təşəbbüsünə göstərdiyi dəstəyi xüsusi qeyd etmək lazımdır.

AZƏRBAYCAN–  FRANSA  münasibətləri

Fransa Azərbaycanın müstəqilliyini 3 yanvar 1992 – ci ildə tanımışdır. Diplomatik münasibətlər 21 fevral 1992 – ci ildə qurulmuşdur. Fransanın Bakıdakı səfirliyi 16 mart 1992 – ci ildə, Azərbaycanın Fransadakı səfirliyi 20 oktyabr 1994 – cü ildə açılmışdır. H.Əliyevin ilk xarici siyasi təşəbbüsü 1993 – cü ilin dekabrında Fransaya səfəri oldu. Bu səfər “Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında” müqavilə və Paris Xartiyası ilə başa çatmışdır. AzərbaycanFransanın  Dağlıq Qarabağ üzrə ATƏT – in Minsk qrupunun həmsədrlərindən biri olmasına razılıq vermişdir.

Fransanın Elf Aquitaine şirkəti Şahdəniz yatağının işlənməsinə cəb olunmuşdur.

Fransa prezidenti Jak Şirak Qarabağ məsələsinin nizamlanması prosesinin fəal iştirakçısı olmuş və məsələ üzrə konkret təşəbbüslərlə dəfələrlə çıxış etmişdir. Xüsusilə, o , Parisdə Ermənistan və Azərbaycanprezidentlərinin görüşlərini təşkil etmiş və problemin həlli üzrə konkret layihələr irəli sürmüşdür (nizamlanmanın Paris prinsipləri). Azərbaycanvə Fransa arasında iqtisadi sahədə, xüsusilə də aviasiya və neft sənayesi sahəsində intensiv olaraq münasibətlər inkişaf edir və Bakı – Tbilisi – Ceyhan neft kəmərinin hərəkətə gətirilməsi və Bakı – Tbilisi – Ərzurum qaz borusunun inşası ilə əlaqədar fransız müəssisələri üçün açıq perspektivlər buna təkan verməkdədir.

AZƏRBAYCAN–  BELÇİKA  münasibətləri

Azərbaycanvə Belçika arasında münasibətlər dostluq xarakteri ilə fərqlənir və geniş perspektivlərə malikdir, bu, xüsusilə də, iqtisadi sahəyə aiddir. Azərbaycanmünasibətlərin möhkəmləndirilməsi üçün bütün imkanlardan istifadə edir. Dövlətlər arasındakı münasibətlər 17 iyun 1992 – ci ildə qurulmuş, Azərbaycanın Belçikadakı diplomatik nümayəndəliyi 1995 – ci ildən fəaliyyət göstərir.

Belçikanın mərkəzində Dədə Qorquda həsr olunmuş abidə ucaldılmışdır.

Siyasi əlaqələr də intensiv olaraq inkişaf edir. Parlamentlərarası əlaqələr uğurla inkişaf edir. Belçika Parlamentinin Nümayəndəlr Palatasının sədri Bakıya rəsmi səfər etmişdir. Belçikanın Bakıdakı səfirliyinin açılması planlaşdırılır ki, bu da, şübhəsiz, ikitərəfli münasibətlərin inkişafına yardım edəcəkdir. Həmçinin Azərbaycanın planlarına Belçika – AzərbaycanTicarət Palatasının yaradılması məsələsi də daxildir. Bu Palata Belçika sahibkarlarına Azərbaycanda əməkdaş axtarmaqda əlaqələndirici rol oynayacaq.

Hərbi sahədə fəal əməkdaşlıq realizə olunur. Hərbi sahədə qarşılqlı anlaşma haqqında Memorandumun imzalanması haqqqında razılaşma əldə olunmuş və tərəflər artıq layihə mətnlərini mübadilə etmişdir.

Azərbaycanvə Belçika mövqelərinin yaxınlığı məhsuldar və geniş dialoqun real əsasıdır. Belçikanın Dağlıq Qarabağ probleminin sülh yolu ilə nizamlanmasında maraqlı olmasını xüsusil qeyd etmək lazımdır. ATƏT – in sədri kimi, Belçika xarici işlər nazirinin ilk səfərlərindən biri Bakıda olmuş və bu səfər zamanı həm çoxtərəfli, həm də ikitərəfli görüşlər keçirilmişdir.

AZƏRBAYCAN –  ÇİN   münasibətləri

Azərbaycanın öz müstəqilliyini bəyan etməsindən dərhal sonra 1991 – ci ilin sonunda Çin onun müstəqilliyini tanımış və tezliklə iki dövlət arasında diplomatik münasibətlər qurulmuşdur. ÇXR – nın səfirliyi Azərbaycanda, Azərbaycanın səfirliyi ÇXR – da səfirliyi açılmışdır.

AZƏRBAYCAN –  İTALİYA   münasibətləri

İtaliya Azərbaycanın müstəqilliyini 1992 – ci ilin mayın 8 – də tanımış, həmin ildə hər iki dövlət arasında diplomatik münasibətlər qurulmuşdur. İtaliya o zaman səfirini Azərbaycana göndərən ilk 10 dövlətdən biri olmuşdur. 1997 – ci ildə ölkəmizdə İtaliyanın nümayəndəliyi, 2003 – cü ildə isə Romada Azərbaycan Respublikasının səfirliyi işə başladı. Bu gün iki ölkə arasında ölkələrin qarşılıqlı yardımının müxtəlif tərflərinə toxunan 14 prinsipial müqavilə imzalanmışdır. Bu sənədlər arasında Sumqayıt və Bari şəhərləri arasında qardaşlaşma haqqında sənəd də vardır. Parlamentlər arasında münasibətlər də inkişaf etməkdədir : Milli Məclisdə İtaliya Parlamenti ilə dostluq qrupu yaradılmışdır.

AZƏRBAYCAN–  ABŞ  münasibətləri

Beynəlxalq münasibətlərə təsir gücünə malik olan ABŞ ilə qarşılıqlı məqsədyönlü əməkdaşlığın genişləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Rəsmi Vaşinqtonun Azərbaycana marağı yalnız Azərbaycanın strateji və coğrafi mövqeyi ilə, zəngin neft ehtiyatları ilə deyil, həm də inteqrasiyaya əsaslanan dövlətçilik kursu ilə bağlıdır. İki dövlətin strateji əməkdaşlığı daimi xarakter daşıyır, Cənubi Qafqazda sülh və təhlükəsizliyi təmin edir və qlobal energetik və kommunikativ layihələrin həyata keçirilməsinə yardım edir. Son illər ərzində ABŞ ilə əməkdaşlığa xüsusi diqqət yetirilir. ABŞ ilə Azərbaycanın qarşılıqlı münasibətlərinin inkişafına ABŞ – ın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olması faktı müsbət təsir göstərmişdir. 25 dekabr 1992 – ci ildə Vaşinqton rəsmi şəkildə Azərbaycanın müstəqilliyini tanıdığını bəyan etmişdir. Bundan əlavə, ABŞ Azərbaycanla diplomatik münasibətlərin yaradılması istiqamətində addımlar atmışdır. 17 mart 1992 – ci ildə Bakıda ABŞ – ın səfirliyi açılmışdır. Beləliklə, iki ölkə arasında diplomatik münasibətlərin əsası qoyulmuşdur. 1991 – 1992 – ci illərdə ABŞ hakimiyyəti yenicə SSRİ – dən ayrılmış Azərbaycanı hərtərəfli öyrəndi, gələcək xarici siyasət konturlarını müəyyən etdi və Dağlıq Qarabağ probleminin xarakteri, mahiyyəti və perspektivlərini, həmçinin Azərbaycan, Rusiya və İran arasındakı münasibətləri tədqiq etdi. Məhz bu mərhələdə Azərbaycan prinsipial, davamlı, daimi, müstəqil xarici siyasətə, habelə demokratiya, sülhün qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi kimi prinsiplərə əsaslanan hüquqi dövlət yaratmaq məqsədini sübut etməyə başlamışdır. Bu zamandan başlayaraq, Azərbaycanın xarici siyasəti, o cümlədən ABŞ – la münasibəti daha məqsədyönlü səciyyə almağa başladı. 1994 – 96 – cı illərdə Azərbaycan qarşısına ABŞ – la münasibətləri inkişaf etdirmək məqsədi qoydu. Qısa zaman ərzində erməni təbliğatı və onun tərəfindən yaradılmış əfsanə əsaslı şəkildə dağıdıldı, dünya Qafqazın həqiqi vəziyyəti ilə bağlı həqiqətləri, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini bildi., Azərbaycanla bağlı həqiqi məlumat yayıldı. Bu səbəbdən tez bir zamanda beynəlxalq birlik Azərbaycanın xeyrinə öz fikrini dəyişdi. Daha sonra Azərbaycan atəşkəsin bərqərar edilməsinə nail oldu, münaqişənin nizamlanması və onun nəticələrinin aradan qaldırılması üçün xüsusi diplomatik missiya həyata keçirilməyə başladı. Beləliklə, Dağlıq Qarabağ münaqişəsi Ümumavropa arenasına gətirildi. 1998 – ci ildə Azərbaycan prezidenti H. Əliyev ABŞ – a səfər etdi. Bu zaman ikitərəfli dialoqun əsasını qoyan birgə bəyannamə imzalandı və iki dövlətin rəsmi strukturları arasında əlaqələrin yaradılması və möhkəmləndirilməsi imkanı yarandı.

2001 – ci ildən başlayaraq, Azərbaycan ilə ABŞ arasında münasibətlər yüksələn xətt üzrə strateji müttəfiqliyə nail olmaq istiqamətində inkişaf etdi. 1998 – 2005 – ci illərdə münasibətlər strateji əməkdaşlıq səviyyəsinə yüksələrək bütün sahələrdə – siyasi, iqtisadi, regional əməkdaşlıq, beynəlxalq təhlükəsizlik və hərbi məsələlərdə genişləndi. Xatırladaq ki, Corc Buşun idarə etdiyi I müddətdə Azərbaycan ilə ABŞ arasındakı münasibətlərdə yeeni mərhələ yarandı. “Müstəqilliyin müdafiəsi aktı”na “907- ci düzəliş”in dayandırılması nəticəsində ikitərəfli münasibətlərdə hiss olunacaq dərəcədə dəyişiklik baş verdi. Corc Buşun administrasiyası Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə, həmçinin regionda sülh və təhlükəsizliyin təmin edilməsində potensialını yüksək qiymətləndirirdi. Məlum 11 sentyabr hadisələrindən sonra Azərbaycanın terrorizmə münasibətdə barışmaz mövqe göstərməsi və onun anti – terrorist koalisiyasının fəal üzvünə çevrilməsi Buş tərəfindən bəyənildi. Anti –terrorist koalisiyasının fəal üzvünə çevrilmiş Azərbaycan son 5 il ərzində Əfqanıstan və İraqda hərbi əməliyyatlara hərbi, siyasi və mənəvi dəstəyini göstərmişdi. NATO sülhməramlı qüvvələrinin tərkibində Azərbaycan əsgərinin iştirakı rəsmi Vaşinqtonu təmin edir. Azərbaycan terror əleyhinə mübarizənin həyata keçirilməsini nəzərdə tutan bir sıra konvensiya və müqavilələrə qoşulmuşdur.

ABŞ Cənubi Qafqazda və Xəzər regionunda həyata keçirilmiş transmilli layihələrdə fəal iştirak edir. Bu zaman qeyd etmək lazımdır ki, Bakı – Tbilisi – Ceyhan neft kəmərinin və Bakı – Tbilisi – Ərzurum qaz borusunun layihələri həyata keçirilən zaman Amerika şirkətləri işə cəlb olumuş və bu şirkətlər Azərbaycan neftinin və qazının dünya bazarına çıxarılmasını təmin etmişdir. Bundan əlavə, ABŞ Avropa İttifaqı ilə Şərq ilə Qərb arasında nəqliyyat – kommunikativ dəhlizin realizəsi (TRASEKA layihəsi), iqtisadi liberalizasiya və Azərbaycanda struktur islahatlarının həyata keçirilməsi sahəsində əməkdaşlıq edir.

2007 – ci ildə ABŞ ilə Azərbaycan arasında münasibətlər daha dinamik xarakter aldı, hərbi və iqtisadi sahələrdə əlaqələrin genişlənməsi istiqamətində addımlar atıldı. Bakıya ABŞ – ın iqtisadi və biznes məsələləri üzrə Dövlət katibinin müşaviri, ABŞ və Azərbaycan hökumətlərarası komissiyasının həmsədri Daniel Sallivanın və nümayəndə heyətinin səfəri dövlətlər arasındakı iqtisadi və işgüzar münasibətlərin genişlənməsinə müsbət təsir göstərdi. İkitərəfli iqtisadi münasibətlər böyük nəticələrə gətirib çıxardı. Azərbaycanda energetik, telekommunikativ, mehmanxana və digər sahələrdə fəaliyyət göstərən böyük amerikan şirkətlərin sayı 75 – i keçir. Amerikanın Azərbaycana humanitar yardımının bu günkü həcmi 420 mln. dollara qədər hesablanır. ABŞ  Azərbaycanla münasibətləri genişləndirməkdə israrlıdır və hərbi və iqtisadi əməkdaşlığa və beynəlxalq terrorizmlə mübarizəyə üstünlük verir. ABŞ, həmçinin Azərbaycana Dağlıq Qarabağ probleminin həllində və regionda  sülhə nail olmasında, Beynəlxalq Ticarət Təşkilatına daxil olmaqda, terrorizmə qarşı mübarizədə və Xəzərin energetik resurslarının inkişafında kömək etməkdə davam edir. Azərbaycan ilə hərbi əməkdaşlıq Azərbaycan ordusunun müasirləşməsində və onun NATO standartlarına uyğunlaşdırılmasında ABŞ – ın hərbi yardım proqramını əhatə edir.

ÇOXTƏRƏFLİ ƏMƏKDAŞLIQ VƏ MÜNASİBƏTLƏR

Müstəqil dövlət kimi Azərbaycanregional və qlobal səviyyədə fəaliyyətini, o ümlədən, beynəlxalq arenada əəkdaşlığı genişlənsddirməklə və dərinləşdirmklə, BMT – nin, ATƏT – in, İKT – ın, MDB – in və digər bir çox təşkilatların üzvü olmuşdur. AzərbaycanRespublikası, həmçinin GUAM regional qrupunun yaradıcılarından biridir.

AZƏRBAYCAN VƏ  BMT

Azərbaycanla BMT arasında əməkdaşlıq Sovet İttifaqının süqutundan dərhal sonra baş tutmuşdur. Azərbaycan Respublikası 2 mart 1992-ci il tarixində BMT-nın üzvlüyünə qəbul olunmuş, 6 martda isə Azərbaycanın BMT yanında daimi nümayəndiliyi açılmışdır. BMT ilə əməkdaşlığın ilk günlərindən başlayaraq, Azərbaycan Respublikası BMT platforması vasitəsilə beynəlxalq ictimaiyyətin diqqətini erməni-Azərbaycan münaqişəsinə yönəltməyə və BMT-nin potensial imkanlarından istifadə edərək sülh müqaviləsinə nail olmağa çalışmışdır. 1993 – cü il sürəsində BMT Təhlükəsizlik Şurası (TŞ) erməni-Azərbaycan münaqişəsi üzrə 822, 853, 874, 884 saylı qətnamələr qəbul etmişdir. Hər bir qətnamə Dağlıq Qarabağın və Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində qəbul edilib. Bu qətnamələr Azərbaycanın ərazi toxunulmazlığını təsdiqləyərək, atəşkəsin elan edilməsini, hərbi əməliyyatların dayandırılması və işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması tələblərini irəli sürürdü. Təəsüf ki, məlum qətnamələrin müddəaları yerinə yetirilməmişdir.

Azərbaycanda humanitar vəziyyətin pisləşməsi və bir milyondan artıq qaçqın və məcburi köçkünlərin olması məsələsinə dair narahatçılığını ifadə edən BMT Baş Assambleyası 1993 – cü ildə 85-ci Plenar iclasında “Azərbaycanda qaçqınlara və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardımın göstərilməsi haqqında” Qətnamə (A/RES/48/114) qəbul etdi. 1992-1996-ci illərdə BMT TŞ-nın sədri və BMT Baş Katibi münaqişə üzrə bəyanatlarla çıxış etdilər və bu bəyanatlarda AR-nın suverenliyinin, ərazi bütövlüyünün təsdiqlədiklərini və münaqişənin sülh yolu ilə nizamlanmasına yönəlmiş ATƏT-in Minsk qrupunun səylərinin dəstəklədiklərini bildirdilər. 1996 – cı ildən başlayaraq BMT Baş Assambleyası “BMT və ATƏT-in əməkdaşlığı” haqqında Qətnaməsində AR-nın ərazi bütövlüyünü təsdiq etmişdir. (Dağlıq Qarabağ və ətraf ərazilərdə münaqişə).

1995-ci ildə Heydər Əliyev BMT Baş Assambleyasının 49 və 50-ci sessiyalarında AR-nın nümayəndə heyətinə rəhbərlik etmişdir. O, həmçinin, 2000-ci ilin sentyabr ayında BMT-nin Minillik Sammitində iştirak etmiş, qlobalizasiya məsələlərinə toxunmuş və qlobalizasiyanın inkişafının müsbət olduğunu qeyd etmiş, habelə Azərbaycanın Cənubi Qafqazda təhlükəsizliyini təmin edilməsi məsələsini qaldırmşdır.

BMT BA-nın 59-cu sessiyasında Azərbaycan nümayəndə heyətinə Azərbaycan Prezidenti İlham Əliyev rəhbərlik etmişdir. Sessiya öz işinə 2004-cü ilin sentyabr ayında başlamışdır. O, öz çıxışında dövlətimizin maraq dairəsinə daxil olan məsələlərə toxunmuş, ilk növbədə erməni-Azərbaycan münaqişəsini  qeyd etmişdir.

Azərbaycan BMT orqanları və bir çox ixtisaslaşmış təşkilatlar ilə faydalı və fəal əməkdaşlıq həyata keçirir. Buraya: BMT İnkişaf Proqramı (BMT İP), Qaçqınlar üzrə BMT Ali Komissarı, BMT Uşaq Fondu, Təhsil, Elm və Mədəniyyət üzrə BMT təşkilatı, Sənayenin İnkişafı üzrə Təşkilat, Beynəlxalq Səhiyyə Təşkilatı, BMT Qaçqın Fondu, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Nüvə sınaqlarının çoxtərəfli qadağan edilməsi haqda müqavilə üzrə Təşkilat və s. bu kimi fəaliyyətlər aid edilir. 1995-1997, 1998-2000-ci illərdə Azərbaycan UNİCEF-in İcraiyyə Komitəsinin üzvü olmuşdur.

Azərbaycan BMT-nin ixtisaslaşmış təşkilatları və orqanları ilə əməkdaşlıq edir. Azərbaycan, Qadınların Statusu üzrə Komissiyanın üzvü olmuşdur (2002). Azərbaycan, həmçinin, hərbi münaqişələr nəticəsində girov götürülmüş qadın və uşaqların azad edilməsi haqqında Komissiyanın qəbul etdiyi illik Qətnamənin əsas sponsorudur. Azərbaycanın BMT-in İP, Sənayenin İnkişafı üzrə Təşkilatı ilə xüsusi əlaqələri var.

İnkişaf Proqramı, maliyyələşdirmə və imkanların inkişaf etdirilməsi yolu ilə, Azərbaycana Bərpa və Yenidənqurma Agentliyi (ARPA) və Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) yardım etmişdilər.

Erməni təcavüzü nəticəsində Azərbaycanda bir milyondan çox qaçqın və məcburi köçkün vardır. 1993-cü ildən Azərbaycan dövləti Qaçqınlar üzrə BMT Ali Komissarı ilə təklikdə qaçqın və məcburi köçkünlərin vəziyyətlərinin yaxşılaşdırılması üzrə fəaliyyətini davam etdirir. Təhsilin, elmin və mədəniyyətin əhəmiyyətini nəzərə alaraq, AR Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilat ilə əməkdaşlıq edir və bu məqsədlə 1994-cü ildə YUNESKO yanında Azərbaycan Milli Komitəsi təsis edilmişdir. Azərbaycan BMT BA tərəfindən ictimaiyyəti narahat edən müxtəlif məsələlərlə əlaqədar qəbul edilən qətnamələrin kosponsorudur. Milli nümayəndə heyəti öz təşəbbüsü ilə bir sıra qətnamələr irəli sürüb. Belə ki, İnsan Hüquqları üzrə Komissiyanın 58-60-cı sessiyalarında Azərbaycan nümayəndə heyəti tərəfindən irəli sürülən “Xəbərsiz itkin düşmüş insanlar” adlı qətnamənin layihəsi təqdim edilmişdir. Bu Qətnamə Komissiyada qəbul edilmiş, onun müddəaları beynəlxalq hüquq normaları əsasında təsbit olunmuş, məqsədi isə dünya ictimaiyyətinin diqqətini bu vacib məsələyə yönəltməkdən ibarət olmuşdur.

BMT çərçivəsində son dörd il ərzində Azərbaycanın keçirdiyi tədbirlərin içində onun qlobal miqyasda terrorizm əleyhinə mübarizəsində fəal iştirakını qeyd etmək lazımdır. Bu baxımdan, bizim Respublikamız terrorizmlə mübarizə üzrə BMT Komitəsi il sıx əməkdaşlıq edərək bu Komitəyə Azərbaycanda terrorizm əleyhinə mübarizədə yerinə yetirdiyi tədbirlər haqqında müvafiq hesabatlar təqdim etmişdir. (S/2001/1325, S/2002/1022, S/2003/1085).

Azərbaycan təsdiq edir ki, BMT beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında və möhkəmləndirilməsində, demokratizasiyanın inkişafında vacib rol oynayır. Azərbaycan BMT çərçivəsində islahatların keçirilməsi ideyasını dəstəkləyir.

AZƏRBAYCAN VƏ  ATƏT

30 yanvar 1992-ci ildə Azərbaycan ATƏM-in üzvlüyünə qəbul edilmişdir (1 yanvar 1995-ci ildən başlayaraq ATƏT). 1992-ci ilin fevralından başlayaraq erməni-Azərbaycan münaqişəsi ATƏM prinsipinə müvafiq olaraq, bu təşkilatın üzv dövlətlərinin diqqət obyektinə çevrildi. Bu məqsədlə fevralın ortasında ATƏM-in ilk xüsusi missiyası Azərbaycanda oldu. 27-28 fevralda ATƏM Ali Vəzifəli Şəxslər Komitəsinin iclasında ilk dəfə erməni-Azərbaycan münaqişəsi üzrə müzakirə aparıldı. Dağlıq Qarabağın  Azərbaycan Respublikasına mənsubiyyətini təsdiqləyən sənəddə sərhədlərin dəyişdirilməməsi şərti ilə məsələnin sülh yolu ilə həllinə çağırış öz əksini tapmışdır.

24 mart 1992-ci ildə ATƏM Xarici İşlər Nazirlərin Şurasının əlavə görüşü zamanı Dağlıq Qarabağdaki vəziyyət müzakirə edildi. Görüşdə erməni-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üzrə Minsk konfransının çağırılması haqda qərar qəbul olundu.

8-10 iyun 1992-ci il tarixində Azərbaycan ilk dəfə ATƏM-in Helsinkidə keçirilən Sammitində iştirak etdi və onun sənədlərini imzaladı.

20 dekabr 1993-cü ildə Azərbaycan ATƏM-in Paris Xartiyasına qoşuldu. 5-6 dekabr 1994-cü ildə ATƏT-in Budapeşt Sammiti keçirildi. Budapeşt Sammiti nəticəsində ATƏM 1 yanvar 1995-ci ildən ümümavropa təşkilatına – ATƏT-ə çevrildi, bu təşkilat yeni Avropanın yeni sivil birgəyaşayış qaydalarını müəyyən edir, sülhün, demokratiyanın və insan hüquqlarının müdafiəsini təmin edir, üzv-dövlətlərin qarşılıqlı faydalı əməkdaşlığı prinsipini və təhlükəsizliyini həyata keçirir və özünüidarə mexanizminə malikdir. Budapeşt Sammitində ilk dəfə olaraq, ATƏT çərçivəsində Avropa təhlükəsizlik tədbirlərində iştirak etmək qabiliyyətinə malik sülhməramlı qüvvələr yaratmaq və onları münaqişə zonasına göndərmək qərara alındı. Üzv-dövlətlər ATƏT-in rəhbərliyi ilə ilk sülhməramlı çoxmillətli hərbi hissələrin Dağlıq Qarabağa göndərilməsi haqda razılığa gəldilər. Budapeşt Sammitinin erməni-Azərbaycan münaqişəsi üzrə işinin konkret yekunu “Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT fəaliyyətinin gücləndirilməsi” adlı qətnamənin qəbulu oldu. Bundan əlavə, Budapeştdə Minsk prosesi çərçivəsində birgə sədrlik institutu təsis edildi. Budapeşt Sammitinin nəticələrinə görə 20 yanvar 1994-cü ildə Vyanada erməni-Azərbaycan münaqişəsi üzrə üzv-dövlətlər tərəfindən təyin edilmiş hərbi nümayəndələrdən ibarət olan Yüksək Səviyyəli Planlaşdırma Qrupu yaradıldı.

Minsk prosesinin Birgə Sədrlik İnstitutu təsis edilərkən bu instituta əvvəlcə Finlandiya və Rusiya, 1995-ci ildən 1997-ci ilədək İsveç və Rusiya rəhbərlik etmişdilər.

2-3 dekabr 1996-cı ildə keçirilmiş ATƏT-in Lissabon Sammitində 54 üzv-dövlət “XXI əsrdə Avropada ümumi və hərtərəfli təhlükəsizlik modeli” adlı Bəyannamə qəbul etdi. Bəyannamədə üzv-dövlətlərə yönəlmiş hədələr qeyd olunmuş və bu hədələrin aradan qaldırılması üçün birgə əməkdaşlığın vacibliyi xüsusi vurğulanmışdır. Lissabon görüşündə üzv-dövlətlər yüksək səviyyədə (Ermənistandan başqa) erməni-Azərbaycan münaqişəsinin həlli üzrə aşağıdaki prinsipləri razılaşdırdılar:

  1. Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü;
  2. Dağlıq Qarabağda AR-ın tərkibində yüksək səviyyəli özünüidarə statusunun verilməsi;
  3. Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təmin edilməsi.

1 yanvar 1997-ci ildən ABŞ, Fransa və Rusiya Həmsədrlər qismində ATƏT Minsk Prosesinə rəhbərlik edirlər. Bugün üçün Minsk Qrupunun tərkibi belədir: ABŞ, Almaniya, Azərbaycan, Türkiyə, Belorus, İsveç, Ermənistan, İtaliya, Niderland Krallığı, Portuqaliya, Fransa, Rusiya və Finlandiya.

1997-1998-ci illərdə ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən erməni-Azərbaycan münaqişəsinin həlli üzrə 3 təklif tərtib edilmiş, ilk 2 təklif Ermənistan, ən sonuncu təklif isə Azərbaycan tərəfindən qəbul edilməmişdir.

18-19 noyabr 1999-cu ildə İstanbulda keçirilən ATƏT üzv-dövlətlərinin dövlət və hökümət başçılarının növbəti sammitində Azərbaycan da iştirak etmiş və İstanbul Bəyannaməsinə və Avropa Təhlükəsizlik Xartiyasına qoşulmuşdur. Azərbaycan ilə ATƏT Demokratik İnstitutları və İnsan Hüquqları Bürosunun əməkdaşlığına nail olmuşdur. Bu Büro Azərbaycanda keçirilmiş prezident, parlament və bələdiyyə seçkilərində fəal iştirak etmişdir.

Azərbaycan ATƏT-in tamhüquqlu üzvü olduğu üçün, o, ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarı İdarəsi ilə əlaqələr qurmuşdur. Bu əlaqələr hələ ki arzu olunan səviyyədə deyil və həyata tətbiq edilməsi müntəzəm deyil. Milli Məclis ilə ATƏT Parlament Assambleyası arasında əməkdaşlıq qurulmuşdur. ATƏT PA üç yüzdən çox deputatdan ibarətdir. ATƏT PA-da təmsil olunan Azərbaycan deputatları hər il Parlament Assambleyasının iclaslarında iştirak edirlər.

16 noyabr 1999-cu ildə ATƏT-in Daimi Şurası Bakıda ATƏT ofisinin yaradılması haqqında 318 saylı qərar qəbul etdi. 18 iyul 2000-ci ildə Bakıda ATƏT ofisinin rəsmi açılışı oldu.

AZƏRBAYCAN VƏ AVROPA ŞURASI

Azərbaycanın xarici siyasətində Avropa ilə münasibətlər prioritet yerlərdən birini tutur. Dövlətimizin Avropadakı maraqları həm geniş ikitərəfli münasibətlər, həm də çoxtərfli diplomatiya vasitəsilə realizə olunur. Onlardan biri – Avropa Şurası – əski Avropa təşkilatlarından biridir və 43 dövlətdən ibarətdir. Azərbaycanda təşkilatın üzvlərinə birinə çevrilmişdir. AŞ ilə parlament dialoqu dinamik və məhsuldarlıqla inkişaf edir. Bununla yanaşı, azərbaycanlı deputatlar, müntəzəm olaraq, sessiyalararası dövrdə də bu nüfuzlu parlament forumunun 13 komissiyasında işləyirlər.

AŞ nəzdində Avropa əməkdaşlığına Azərbaycan Respublikasının ali məhkəmə instansiyaları fəal olaraq cəlb olunur. AŞ Azərbaycanda dövlət və hüquqi islahatların həyata keçirilməsində, qanun layihələrinin ekspertizasında böyük köməklik göstərir. AŞ və Avropa İttifaqı Komissiyasının vəsaitəri hesabına konkret tədbirlərin müvafiq hər il yenilənən proqramı mövcuddur. Onların realizə edilməsinə təxminən 2,4 mln dollar ayrılmışdır, gələn illərdə daha böyük ayırmalar nəzərdə tutulur. Praktiki olaraq, hər ay müxtəlif seminarlar, dəyirmi masalar, təcrübələr və xarici ölkələrə tanışedici səfərlər keçirilir, bunlar plüralist demokratiya və qanunun aliliyi haqqında Avropa təcrübəsini mənimsəməyə kömək edir. Azərbaycan ərazisində AŞ – nın məlumat mərkəzləri yaradılır.

Lakin daha iri miqyaslı vəzifələr həll olunmalıdır. AŞ – nın rəhbərliyinin Strasburqdakı sammitin gedişində AŞ nəzdində XXI əsr Avropası üçün kadrların hazırlanması ümumavropa proqramını təşkil etmək təklifinə kifayət qədər müsbət reaksiya verməsi ilə əlaqədar bir çox şeylər vəd edən perspektivlər açılır. Hər şeydən əvvəl, bu, Azərbaycanın AŞ – a daxil olmaq üçün ratifikasiya etməyi üzərinə gğtürdüyü İnsan hüquqları haqqında Avropa Konvensiyasıdır. Azərbaycanın bu Konvensiyada iştirakı ilə vətəndaşlarımızın hüquqları genişləndi. Vətəndaşların hüquqları pozularkən və məhkəmə orqanları bu hüquqları tanımaqdan imtina edərkən, onlar Avropa Məhkəməsinə müraciət edə bilərlər. Avropa Məhkəməsinin qərarları məcburi xarakterə malikdir. İnsan hüquqları haqqında Avropa Konvensiyasının ratifikasiyası zamanı onun hələ qüvvəyə minməmiş 1995 – ci il İnsan hüquqları və əsas azadlıqları haqqında MDB Konvensiyası ilə uyğunluğu məsələsi ortaya çıxdı. Məlum oldu ki, onlar arasında heç bir ziddiyyət yoxdur.

İnsan hüquqları haqqında Avropa Konvensiyası ilə yanaşı, İşgəncələrin, qeyri – insani və ləyaqəti alçaldan davranış və cəzaların qarşısının alınması haqqında Avropa Konvensiyası da mövcuddur. Əlbəttə, bu iki müqavilə – hüquqi aktlara əməl olunması ölkədə məhkəmə, penitensiar və digər islahatların davam etdirilməsini və büdcə maliyyələşməsinin artırılması yolu ilə onların maddi təminatını nəzərdə tutur. Bununla bərabər, söhbət Azərbaycanın AŞ qarşısında birbaşa maliyyə öhdəliklərinin artımından getmir : bizim bu təşkilata ödədiyimiz üzvlük haqqı əvvəlki kimi, təxminən 24, 2 mln dollardır.

Azərbaycan parlamentində ratifikasiya mərhələsində daha iki AŞ sənədi vardır :

Yerli özünüidarəetmə haqqında Avropa Xartiyası;

Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyası.

Xartiya – AŞ – nin baza normativ – hüquqi aktlarından biridir. Xartiya 1988 – ci ilin oktyabrından fəaliyyət göstərir. AŞ – nın 43 üzvündən 28 – i onun iştirakçılarıdır. Xartiya 6 dövlətdə ratifikasiya mərhələsindədir. Başqa sözlə, bu gün xartiya Avropa qitəsində demokratik həyatın real nizamlayıcısıdır. Azərbaycan qanunvericiliyində xartiyanın maddələrinin icrası üçün məcburi olan bütün müddəalar öz əksini tapmışdır. Xartiya bəyan edir ki, yerli özünüidarəetmə istənilən demokratik quruluşun fundamental əsasıdır.

Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası – AŞ – nın ən yeni Konvensiyalarındandır. O, keçən ilin fevralın 1 – də qüvvəyə minmişdir. Bu sənəd milli azlıqlara yönəlmiş ayrı – seçkiliyi qadağan edir və insan hüquqları haqqında Avropa Konvensiyasının 14 – cü maddəsini inkişaf etdirir. Konvensiya müddəaları Azərbaycan qanunvericiliyinə zidd deyil və buna görə də dəyişikliklərin edilməsi tələb olunmur. Konvensiyanın Azərbaycanda tətbiqi öz dövlətinə və muxtar qurumlarına malik olmayan milli azlıqların mənafelərini nəzərdə tutur. Bununla yanaşı, AŞ ekspertlərinin aşağıdakı fikrinə də diqqət etmək lazımdır. Onlar hesab edirlər ki, Konvensiya eyni zamanda, ölkə əhalisinin əksəriyyətinin nümayəndələri bu və ya digər ərazidə azlıq təşkil edərsə, onlara da şamil oluna bilər. Azərbaycan üçün Konvensiya həm də ona görə vacibdir ki, o, xaricdə yaşayan həmvətənlərimizin hüquqlarına hörmət olunmasına və vətəndaşlarımızın hüquqlarının müdafiə edilməsinə nail olmaq üçün əlavə imkandır.

AŞ kanalı yalnız artıq hazır Konvensiyalara qoşulmaq üçün unikal şans verkir, həm də Avropa həyatının yeni universal hüquq normalarının işlənib hazırlanmasında iştirak etmək, bu zaman Azərbaycanın maraqlarına nail olmaq imkanı yaradır.

Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilmiş AŞ Konvensiyaları :

  • Avropa Şurasının Nizamnaməsi;
  • AŞ – nin imtiyaz və immunitetləri haqqında Baş saziş;
  • İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası;
  • AŞ – nin imtiyaz və immunitetləri haqqında Baş sazişə Əlavə Protokol;
  • Universitetlərə girişə imkan verən diplomların bərabərliyi haqqında Avropa Konvensiyası;
  • Avropa Mədəniyyət Konvensiyası;
  • Universitetlərdə təhsil müddətlərinin bərabərliyi haqqında Avropa Konvensiyası;
  • AŞ – nin imtiyaz və immunitetləri haqqında Baş sazişə II Əlavə Protokol;
  • Verilmə haqqında Avropa Konvensiyası;
  • AŞ – nın imtiyaz və immunitetləri haqqında Baş sazişə III Əlavə Protokol;
  • Universitet ixtisaslarının akademik tanınması haqqında Avropa Konvensiyası;
  • AŞ – nın imtiyaz və immunitetləri haqqında Baş sazişə IV Əlavə Protokol;
  • İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına 2 saylı Protokol;
  • İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına 3 saylı Protokol;
  • İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına 4 saylı Protokol;
  • Xarici qanunvericliyə nisbətən məlumat haqqında Avropa Konvensiyası;
  • Arxeoloji irsin qorunması haqqında Avropa Konvensiyası;
  • Verilmə haqqında Avropa Konvensiyasına Əlavə Protokol;
  • Terrorizmin ləğvi haqqında Avropa Konvensiyası;
  • Verilmə haqqında Avropa Konvensiyasına II Əlavə Protokol;
  • Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında Avropa Konvensiyasına Əlavə Protokol;
  • İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına 7 saylı Protokol;
  • İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına 8 saylı Protokol;
  • Avropada arxeoloji irsin qorunması haqqında Konvensiya;
  • Yerli özünüidarəetmə haqqında Avropa Xartiyası;
  • İşgəncələrin, qeyri – insani və ləyaqəti alçaldan və cəzaların qarşısının alınması haqqında Avropa Konvensiyası;
  • AŞ – nin imtiyaz və immunitetləri haqqında Baş sazişə V Əlavə Protokol;
  • Universitet təhsili dövrlərinin bərabərliyi haqqında Avropa Konvensiyası;
  • İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına 9 saylı Protokol;
  • İşgəncələrin, qeyri – insani və ləyaqəti alçaldan və cəzaların qarşısının alınması haqqında Avropa Konvensiyasına 2 saylı Protokol;
  • İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına 11 saylı Protokol;
  • Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası;
  • AŞ – nin imtiyaz və immunitetləri haqqında Baş sazişə VI Əlavə Protokol;
  • Avropa regionunda ali təhsilə aid ixtisaslaşmanın tanınması haqqında Konvensiya;
  • İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına 12 saylı Protokol;
  • Ombudsman haqqında Konvensiya.

AZƏRBAYCAN VƏ  ISLAM KONFRANSI TƏŞKİLATI

İKT-nın əsası Rabatda (Mərakəşdə) müsəlman ölkələrinin dövlət və hökümət başçılarının Konfransında 1969-cu ilin sentyabr ayında qoyulmuşdur. Azərbaycan 1992-ci ildə bu təşkilatın üzvü olmuşdur. Azərbaycan bu təşkilata daxil olduqdan sonra, bu struktur tərəfindən erməni işğalının mühakimə edən bir neçə qətnamə qəbul edilmişdir. Bu sənədlərə görə, İslam ölkələrinə, Azərbaycan ərazilərini işğaldan azad edənədək Ermənistanla heç bir münasibət qurmamaq tövsiyə edilmişdir.

İKT Ermənistanı işğalçı dövlət olaraq tanıyan və tənqid edən ilk beynəlxalq təşkilatdır. İKT-nın belə həyati əhəmiyyətli məsələdə ədalətli və aydın mövqeyi bu təşkilatla ölkəmiz arasında münasibətlərin yüksələn xətlə inkişafı üçün müsbət zəmin yaratdı.

AZƏRBAYCAN VƏ ANTİTERROR KOALİSİYASI

Azərbaycan, erməni terrorizmin nümunəsində həm tarix boyu, həm də indiki dövrdə bu cür pisliklərin dəhşətini tamamilə dərk edərək, 11 sentyabr 2001-ci ildən sonra, ABŞ tərəfindən rəhbərlik edilən antiterror koalisiyasının fəal iştirakçısına çevrilərək, terrorizmin qlobal hədələrinə qarşı mübarizədə öz töhfəsini verməkdədir. Azərbaycan sülhməramlıları Əfqanıstan və İraqda həyata keçirilən sülhməramlı əməliyyatlara qoşulmuşdur.

AZƏRBAYCAN VƏ  AVROPA İTTİFAQI

Avropa məkanına sıx inteqrasiyanın zəruriliyi mövqeyindən çıxış edən Azərbaycan Avropa İttifaqı ilə çoxtərəfli qarşılıqlı əlaqələr yaratmışdır. Azərbaycan ilə Avropa İttifaqının əlaqələri TASİC, TRASECA və s. kimi proqramlar çərçivəsində inkişaf etdirilir. 1996-cı ildə Azərbaycan və Avropa İttifaqı arasında “ Partnyorluq və  Əməkdaşlıq “ haqqında Saziş imzalanmışdır. Bu Saziş 1999-cu ildə qüvvəyə minmişdir. Bu saziş siyasi dialoqu, demokratiyanın bərqərar edilməsinə dəstəyi, habelə iqtisadi əməkdaşlığı və investisiyaların qoyulmasını nəzərdə tutur.  2004-cü ildə Avropa İttifaqının Şərqə doğru genişlənməsi ilə, Azərbaycan, Cənubi Qafqaz ölkəsi kimi, “Avropanın Genişlənməsi” təşəbbüsü çərçivəsində Avropa İttifaqının “Yeni Qonşuluq Siyasətinə” daxil edildi. Bu isə, ölkəmizin Avropa İttifaqı ilə gələcək əməkdaşlığına əsas yaradır.

2006-cı ilin noyabr ayında Avropa İttifaqı ilə Azərbaycan arasında “ Energetika sahəsində strateji əməkdaşlıq haqqında” Sənəd imzalanmışdır.Azərbaycan ilə Avropa İttifaqı arasında strateji əməkdaşlıq 4 istiqamətdə əməkdaşlığı nəzərdə tutur. Bu istiqamətdə xüsusi ekspert qrupları yaradılacaq.

Birinci istiqamət – Azərbaycan qanunvericiliyinin Avropa İttifaqının qanunlarına adaptasiyasıdır. Bunun üzərində energetika qanunlarını, onun istehsalatı, nəqli, bölüşdürülməsi, tarifləri, qiymət siyasəti qanunlarını bilən mütəxəssis və hüquqşünaslardan ibarət qrup işləyəcək.

İkinci qrup – Avropa İttifaqı üçün çox vacib nəqliyyat yolları ilə məşğul olacaq. Bakı-Tbilisi-Ceyhan neft borusunun və Cənubi Qafqaz qaz borusunun inşası Avropa İttifaqı üçün çox əhəmiyyətlidir.

Üçüncü qrup – Azərbaycanın istilik-energetik kompleksinin restruksiya işini aparacaq.

Dördüncü istiqamət – təcrübələrin mübadiləsidir.

2008-ci ilin fevral ayında Azərbaycanda Avrokomissiyanın nümayəndəliyi açıldı. Açılış mərasimində xarici və Avropa qonşuluğu siyasəti üzrə Avropa Komissarı xanım Benita Ferrero-Valdner bəyan etdi ki, bu, Avropa İttifaqının Azərbaycana münasibətinin göstəricisi, öhdəliklərin yerinə yetirilməsi və Avropa İttifaqı – Azərbaycan əməkdaşlığıdır. Avropa Komissarı bildirdi ki, nümayəndəliyə Azərbaycanda Avropa İttifaqının təmsilçisi  Allan Vaddams rəhbərlik edəcəkdir

AZƏRBAYCAN VƏ NATO

Azərbaycan və NATO arasındakı münasibətlər 1992 – ci ilin martında Azərbaycanın Şimali Atlantika Əməkdaşlığı İttifaqı strukturunun üzvlüyünə daxil olmasından sonra qurulmuşdur. 1992 – ci ilin oktyabrında Türkiyədə NATO üzv – dövlətlərinin seminarında Azərbaycan nümayəndə heyəti ilk dəfə iştirak etdi və NATO Baş katibi Manfred Venerlə görüşdü. 1993 – cü ilin fevralında Brüsseldə NATO tyərəfindən təşkil olunmuş Avropa təhlükəsizliyi problemləri üzrə konfransda Azərbaycan nümayəndəliyi iştirak etmişdir. Konfransda Azərbaycanda mövcud olan ictimai – siyasi vəziyyət və Ermənistanın təcavüzü haqqında məlumat verilmişdir.

Azərbaycanla Şimali Atlantika İttifaqı arasında əməkdaşlıq 1994 – cü ildən daha da genişləndi. 4 may 1994 – cü ildə Azərbaycan prezidenti H. Əliyev Brüsselə səfəri zamanı NATO –nun keçmiş Sovet İttifaqı Respublikaları ilə əməkdaşlığını nəzərdə tutan “Sülh naminə əməkdaşlıq” sazişini imzaladı. Səfər zamanı belə bir fikir söyləndi ki, bu proqram silahlı münaqişələrin dayandırılması və sülhə nail olunmasına böyük təsir göstərə bilər. “Sülh naminə əməkdaşlıq” sülhün yaradılmasını, xilasetməni, minalardan təmizləməni, humanitar əməliyyatların keçirilməsi məqsədilə iştirakçı – dövlətlərin silahlı qüvvələrinin yardımını nəzərdə tutur. Bu proqramın həyata real olaraq tətbiqi 1996 – cı ildən başlamışdır. Həmin vaxtdan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları “Sülh naminə əməkdaşlıq” proqramı çərçivəsində təşkil olunmuş seminarlarda və təlim məşqlərində iştirak etmişdir.

1998 – ci ilin baharında Bakıda NATO təmsilçiləri Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, DİN və Dövlət Neft Şirkətinin nümayəndələri ilə birgə boruların təhlükəsizliyi məsələləri üzrə konfrans keçirdilər.

1995 – ci ildə Türkiyədə təşkilatın təsdiqedici komitəsinin sədri Necil Nedimoğlunun rəhbərliyi ilə NATO – nun müxtəlif strukturlarının nümayəndələri Azərbaycana gəldilər. Nümayəndələrlə söhbət zamanı Azərbaycan torpaqlarının işğaldan azad olunmasının, regionda sülhün bərqərar edilməsinin zəruriliyi vurğulandı. 1995 – ci ilin iyununda Avropa üzrə NATO silahlı qüvvələrinin komandiri Ç. Makkenzi Azərbaycanda oldu.

1997 – ci ilin fevralında Xavyer Solana Bakıya gəldi. O bəyan etdi ki, təhlükəsizlik məsələsi NATO və Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir və “Sülh naminə əməkdaşlıq” proqramı çərçivəsində tərəflər arasında əməkdaşlığın davam etdiriləcəyinə ümid etdiyini ifadə etdi.

Azərbaycan Respublikası Avroatlantik Əməkdaşlıq İttifaqı adlı struktura da daxil oldu. Şimali Atlantika Əməkdaşlıq İttifaqından fərqli oaraq, bu sruktur “Sülhn naminə əməkdaşlıq” çərçivəsində konsultasiya və müzakirələrdən praktiki addımlara keçidi nəzərdə tutur. 1997 – ci ilin iyulunda Azərbaycan prezidenti H. Əliyev Madriddə Avroatlantik Əməkdaşlıq İttifaqının dövlət və hökümət başçıları səviyyəsində keçirilmiş görüşündə iştirak etmişdir. O, NATO – nu Qafqazda mövcud olan silahlı münaqişələrin aradan qaldırılmasından kənarda qalmamağa çağırdı və bildirdi ki, belə regional münaqişələr ümumavropa təhlükəsizliyinə də hədə yaradır.

1997 – ci ilin noyabrında Azərbaycan prezidenti “NATO və Azərbaycan Respublikası arasında əməkdaşlığın gücləndirilməsi üzrə tədbirlər haqqında” sərəncam verdi. Sərəncam əsasında Azərbaycan Respublikası Prezidenti yanında NATO ilə Əməkdaşlıq üzrə Komissiya yaradıldı. Bu komissiya “Sülh naminə əməkdaşlıq” çərçivəsində vahid proqramın hazırlanması üçün müvafiq nazirliklərin fəaliyyətinin əlaqəlandirilməsini nəzərdə tutur. Eyni ildə NATO ştab – mənzilində Azərbaycanın nümayəndəliyi fəaliyyət başladı.

Azərbaycanla NATO arasında hərbi sahədə əməkdaşlıq 1997 – ci ildən daha da gücləndi. Azərbaycan silahlı qüvvələrinin nümayəndələri 1997 – ci ilin iyul – avqust aylarında ABŞ – da keçirilən NATO təlimlərində iştirak etmişlər.

1998 – ci ilin sentyabrında NATO –nun Baş katibi Xavyer Solana II dəfə Bakıya gəldi. Səfər zamanı, o, Avroatlantik və regional təhlükəsizlik məsələləri üzrə təşkilatın fikirlərini ifadə etdi və qarşılıqlı münasibətlərin inkişafı yollarını müzakirə etdi.

1999 – cu ilin aprelində Azərbaycan prezidenti H. Əliyev NATO –nun Vaşinqtonda keçirilən 50 illik yubileyində iştirak etdi və bildirdi ki, Azərbaycanda “Sülh naminə əməkdaşlıq” proqramında Azərbaycanın iştiakı davamlı olacaqdır.

Azərbaycan bu təşkilatın nüfuzlu strukturu sayılan Parlament Assambleyası (PA) ilə sıx əməkdaşlıq edir. 1999 – cu ilin mayında Polşada NATO –nun PA – nın sessiyasında Azərbaycana bu strukturda müşahidəçi statusu verildi. Həmin ilin sentyabrında Azərbaycan silahlı qüvvələrinin bir vzvodu Kosovoda təhlükəsizliyin təmin edilməsi məqsədilə NATO sülhməramlıları tərkibində fəaliyyətə başladı. 19 noyabr 2001 – ci ildə Azərbaycan Respublikası NATO PA – nın assosiativ üzvü kimi qəbul edildi.

2001 – ci ilin yanvarında NATO – nun yeni Baş katibi Corc Robertson Bakıya səfər etdi. Azərbaycan prezidenti ilə görüş zamanı Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, NATO və Azərbaycan arasında əlaqələrin inkişafı imkanları müzakirə olundu.

2002 – ci ilin noyabrında H. Əliyev NATO Avroatlantik Əməkdaşlıq İttifaqının üzv – dövlətlərinin rəhbərlərinin Praj görüşündə iştirak etdi. Öz nitqində Azərbaycan prezidenti NATO –nu Cənubi Qafqazdakı münaqişələrin nizamlanmasında fəal iştiraka çağırdı.

2002 – 2003 – cü illərdə Azərbaycan silahlı qüvvələri birləşməsi NATO ilə əməkdaşlıq çərçivəsində Əfqanıstan və İraqda sülhməramlı əməliyyatlarda iştirak etmişdir.

2003 – cü ilin mayında C. Robertson növbəti dəfə Azərbaycana səfər etdi.

2004 – cü ilin noyabrında NATO Baş katibi Bakıya səfər etdi.

Azərbaycan ilə NATO arasında əməkdaşlıq NATO – nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə Baş katibi Robert Simmonsun 2006 – cı ildə Bakıya səfəri ilə əlaqədar olaraq daha da genişləndi. R. Simmonsm Azərbaycanda NATO proqramı çərçivəsində keçirilən islahatları yüksək qiymətləndirdi və bildirdi ki, NATO Azərbaycanın dünyanın müxtəlif bölgələrində keçirlən sülhməramlı əməliyyatlarda iştirakından çox məmnundur.

AZƏRBAYCAN VƏ GUAM

GUAM – Keçmiş Sovet respublikaları – Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova Respublikaları tərəfindən 1997 – ci ilin oktyabrında yaradılmış beynəlxalq dövlətlərarası təşkilatdır (1999 – cu ildən 2005 – ci ilədək təşkilata Özbəkistan da daxil idi). Təşkilatın adı buraya daxil olan dövlətlərin adlarının baş hərfləindən ibarətdir. Özbəkistan çıxanadək təşkilat GUÖAM adlanırdı.

1990 – cı illərin ortalarında MDB dövlətlərinin gələcək inkişafı üçün iki variant mövcud idi. Birincisi – bütün MDB çərçivəsində inteqrasiyanın qorunması cəhdinin davam etdirilməsindən, ikincisi isə – həqiqətən ortaq maraqlara malik olan dövlətlər qrupunun iştirakı ilə iqtisadi və / və ya hərbi – siyasi sahədə praktiki subregional əməkdaşlığın inkişaf etdirilməsindən ibarətdir. GUAM belə birliklərdən biri olaraq yaradılmışdır. İlkin olaraq, onun səciyyəvi cəhəti Avropa və beynəlxalq strukturlara doğru istiqamət olmuşdur. Birliyin təşəbbüsçüləri MDB çərçivəsindən kənar fəaliyyət göstrirdilər. Bununla yanaşı, belə bir fikir də söylənirdi ki, GUAM – ın bliavasitə məqsədi bu quruma daxil olan dövlətlərin Rusiyadan iqtisadi, xüsusilə energetik asılılığın azaldılmasından və Rusiya ərazisindən kənar Asiya (Xəzər) – Qafqaz – Avropa marşrutu üzrə enerji daşıyıcılarının nəqlinin inkişafından ibarətdir. Siyasi səbəblər qismində, Rusiyanın Avropada adi silahlı qüvvələrin məhdudiyyətlərinə yenidən baxmaq niyyətlərinə qarşı durmaq və bunun rus hərbi kontingentinin Gürcüstanda, Moldovada və Ukraynada, bu dövlətlərin razılığı olmadan yerləşməsini qanuniləşdirə biləcəyindən ehtiyatlanmaqdan söhbət gedirdi. GUAM – ın siyasi istiqaməti 1999 – cu ildə Gürcüstan, Azərbaycan və Özbəkistanın MDB – nin Kollektiv Təhlükəsizlik haqqında Müqaviləsindən çıxmasından sonra daha da aydın oldu.

Müasir məqsədlər : Avrasiya nəqliyyat dəhlizinin sütunları olan üzv – dövlətlərin çoxtərəfli qarşılıqlı fəaliyyəti, Avropa dövlətləri ilə inteqrasiya proseslərinin fəallaşdırılması.

Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın əməkdaşlığının əsası Strasburqda 10 oktyabr 1997 – ci ildə təsis forumunda qoyuldu. 1999 – cu ilin aprelində Özbəkistan da təşkilata qoşuldu. GUAM çərçivəsində əldə olunmuş əməkdaşlıq haqqında razılaşma ATƏT tərəfindən bəyənildi. 2000 – ci ilin sentyabrında BMT Minillik sammitinin gedişində GUAM – ın yaradılması və fəaliyyətin məqsədlərini nizamlayan memorandum qəbul edildi. 2001 – ci ildə GUAM beynəlxalq regional təşkilat statusunu aldı. Yalta sammitində 6 – 7 iyun 2001 – ci ildə GUAM – ın nizamnaməsi qəbul edildi.

2002 – ci ildə Özbəkistan təşkilatdan çıxmaq niyyətini bəyan etdi və bundan sonra təşkilatın tədbirlərində iştirak etməməyə başladı. Rəsmi şəkildə Özbəkistan prezidenti İslam Kərimov GUAM –dan çıxmaq haqqında yalnız 2005 – ci ilin mayında bəyanat verdi. Özbəkistanın təşkilatdan çıxmasının formal səbəbi “təşkilatın ilkin olaraq elan edilmiş məqsəd və vəzifələrinin əhəmiyyətli dərəcədə dəyişdirilməsi” oldu. 29 dekabr 2005 – ci ildə İ. Kərimov GUÖAM çərçivəsində imzalanmış aşağıdakı sənədləri öz dövlətinə münasibətdə etibarsız elan etdi :

  • “Yalta Xartiyası” ;
  • “Ticarət və Nəqliyyat Əməkdaşlığı üzrə Memorandum” ;
  • “GUÖAM üzv – dövlətlərinin hökumətləri arasında gömrük işlərində qarşılıqlı yardım və əməkdaşlıq haqqında” Saziş.

Praktiki olaraq, GUAM bir neçə il fəaliyyət göstərmədi. Məsələn, təşkilatın Yaltada keçirilən iclasında 5 ölkədən ikisinin prezidenti iştirak edirdi. Təşkilatın fəallaşdırılması prosesi Ukraynada baş vermiş Narıncı inqilabdan sonra, 2005 – ci ilin fevral – mart aylarında Ukrayna, Gürcüstan və Moldovanın liderləri arasında ikitərəfli görüşlər səviyyəsində başlamışdır. Martın əvvəlində Moldovada parlament seçkiləri ərəfəsində Gürcüstan prezidenti Mixail Saakaşvili Kişinyovda oldu, buna qədər isə Moldova prezidenti Vladimir Voronin Kiyevə səfər erdi və burada Ukrayna – Moldova əməkdaşlığı haqqında birgə bəyanat imzaladılar.

22 aprel 2005 – ci ildə Kişinyovda GUAM – ın sammiti keçirilmişdir. GUAM – ın üzv – dövlətləri Ukrayna prezidenti Viktor Yuşenkonun ifadə etdiyi kimi, “artıq özlərini SSRİ –nin qəlpələri hesab etmirlər” və keçmiş İttifaq məkanında “demokratik inqilabların III dalğasının lokomotivləri” olmaq niyyətindədirlər.

Özbəkistan przidenti İ. Kərimov sammitdə iştirakdan imtina etdi. Müşahidəçilər qismində sammitdə Rumıniyanın prezidenti Trayan Besesku və Litva prezidenti Valdas Adamkus, ATƏT sədri Yan Kubiş, Dağlıq Qarabağ və Avrasiyada münaqişələr üzrə danışıqlar aparan amerikalı təmsilçi Stiven Mann iştirak etmişlər. Sammitdə iki sənəd imzalanmışdır :

  • “Demokratiya, stabillik və inkişaf naminə” Bəyannamə;
  • “Baltik dənizindən Qara dənizədək demokratiya yaradaraq” Birgə bəyanatı.

Sammitdə əsas məsələlərdən biri regional münaqişlərin – Abxaziya, Cənubi Osetiya, Dağlıq Qarabağ, Dnestryznı ərazilər – nizamlanması problemi oldu.

2006 – cı il GUAM sammiti 22 – 23 mayda Kiyevdə baş tutdu. Qonaq qismində Ukraynaya Bolqarıstan, Litva, Polşa prezidentləri və Rumıniyanın vise – prezidenti dəvət olunmuşdu. Sammitin gedişində iştirakçı dövlətlər azad ticarət zonasının yaradılması haqqında protokol imzaladılar. Bundan əlavə, yeni beynəlxlaq təşkilatın – “Demokratiya və iqtisadi inkişaf naminə Təşkilat – GUAM” yaradılması haqqında bəyannamə imzalandı və onu nizamnaməsi qəbul olundu. Həmçinin, iştirakçı dövltlərin energetik təhlükəsizliyinin təmin edilməsi üzrə səylərin birləşdirilməsi üçün yaradılmış İstilik – Energetik Şuranın yaradılması planları bidirildi.

18 və 19 iyun 2007 – ci ildə Bakıda keçirilmiş GUAM sammitində GUAM – ın birgə sülhməramlı batalyonunun yaradılması qərara alındı.

2005 – ci ilin dekabrında GUAM ölkələri Lyublyanda (Sloveniya) ATƏT – in Xarici İşlər Nazirləri Şurasının iclasında birgə çıxış edirdilər. ATƏT forumu ərəfəsində GUAM – da sədrlik Moldovaya keçdi və o, GUAM iştirakçıları adından ATƏT iclasında çıxış etdi.

BMT – də kəskin mübarizədən sonra 14 sentyabr 2006 – cı ildə Nyu – Yorkda başlamış Baş Assambleyanın 61 – ci sessiyasında keçmiş SSRİ – də “dondurulmuş münaqişələr haqqında” məsələni müzakirə etmək haqqında qərar qəbul edildi. Bu təşəbbüslə GUAM dövlətləri çıxış etdilər, onlar Rusiyanın fəal müqavimətinə baxmayaraq, ABŞ, Böyük Britaniya və bir neçə başqa dövlətin dəstəyi ilə məsələnin gündəliyə çıxarılmasına nail oldular. Bu qərar dünya birliyi tərəfindən rus sülhməramlılarının Dnestryanında, Cənubi Osetiyada və Abxaziyada fəaliyyətinin effektsizliyinin və Moskvanın diplomatik məğlubiyyətinin etirafı kimi qəbul edildi. GUAM – ın diplomatları Nyu – Yorkda qəbul edilmiş qərarı GUAM – ın siyasi kütləsinin artmasının sübutu hesab edirlər. Eyni zamanda Gürcüstanın Xarici İşlər Naziri Rusiyanı məsələnin sessiyanın gündəliyinə salınmasına qarşı durmaq üçün “bütün mümkün vasitələrdən istifadə etməkdə” günahlandırdı. Gürcüstanın BMT – də daimi nümayəndəsi İrakli Alasaniya bəyan etdi ki, GUAM ölkələri “BMT – də mövcud olan qara təbliğatı susdurdular”.

25 sentyabr 2006 – cı ildə GUAM üzv – dövlətlərinin xarici işlər nazirləri Nyu – Yorkda BMT BA – nın 61 – ci sessiyasında görüşərkən MDB – də donmuş münaqişələrin nizamlanması gedişatını müzakirə etdilər. Ruisiya görüşə dəvət olunmadı. İclasda ABŞ dövlət katibinin köməkçisi Devid Kramer iştirak edirdi. Görüş iştirakçıları Gürcüstan və Moldova ərazilərindəki münaqişəli zonalarda olan rus sülhməramlılarını əvəz etməli olan polis qüvvələrinin yaradılması haqqında razılığa gəldilər. Bu razılığın həyata keçirilməsi hələ ki qeyri – müəyyən müddətə təxirə salınmışdır. XİN rəhbərləri, həmçinin “GUAM ölkələrinin ərazilərindəki münaqişələrin sülh yolu ilə nizamlanması məsələlərində beynəlxalq dəstəyin genişləndirilməsi üzrə birgə tədbirlər strateji planı”nı razılşadırdılar ki, bu planın da əsas məqsədi – dondurulmuş münaqişələr üzrə BMT BA – nın qətnamələrinin qəbuluna nail olmaqdır.

BMT BA sessiyasında çıxış edən Gürcüstan prezidenti M. Saakaşvili Rusiyanı Abxaziyanın və Cənubi Osetiyanın “işğal”ında günahlandırdı : “Bu regionlar Rusiya tərəfindən anneksə edilmişdir, o, beynəlxlaq qanunvericiliyi pozaraq, kütləvi şəkildə şüurlu surətdə rus pasportlarını paylayır…Mübahisəli ərazilərin sakinləri Rusiyanın banditcəsinə işğalı altında yaşayırlar.”.

Ukrayna XİN rəhbəri Boris Tarasyuk Saakaşvilini dəstəklədi və bəyan etdi : “Ukrayna Kosovo və GUAM ölkələrinin ərazilərində tənzimlənməmiş münaqişələr arasında paralellər aparmaq cəhdlərini rədd edir.”. Bu mövqe “əgər Kosovoya müstəqillik verilərsə, onda analoji surətdə MDB – dəki münaqişələri də həll etmək lazımdır.” fikrində olan rus rəhbərliyinin fikrinə ziddiyyət təşkil edir.

Sentyabrın 25 – də Nyu – Yorkda keçirilən GUAM Nazirər Şurasının iclasında GUAM xarici işlər nazirləri Gürcüstan XİN rəhbərinin I müavini Valeri Çeçelaşvili bu təşkilatın baş katibi seçdi. Çeçlaşvili “Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM” –ın Gürcüstandan milli koordinatorudur.

AZƏRBAYCAN VƏ MDB 

SSRİ –nin 1991 – ci ilin sonunda süqut etməsi iqtisadi bölünmə prosesinə səbəb oldu, daha sonra isə ayrı – ayrı dövlətlərin öz dövlət sərbəstliyinə əsaslanaraq, xalq təsərrüfatı strukturlarının iqtisadi konsolidasiyası cəhdlərinə gətirib çıxardı. MDB 1991 – ci ilin sonunda yarandı və bu təşkilatın vəzifələri təsisçilərin strateji mövqelərindən asılı olaraq ziddiyyətli xarakterə malik idi. Birliyə münasibətdə yaranan ziddiyyətlər və üzv – dövlətlərin mütləq müstəqilliyə meyillikləri uzun müddət ərzində təşkilatın qeyri – stabilliyinə səbəb olurdu.. Xüsusilə, Birliyin ən böhranlı anı 1997 – 1998 – ci illərdə baş vermişdir, buna Kişinyov (oktyabr, 1997) və Moskva (aprel, 1998) sammitlərinin uğursuzluqları sübutdur. 1998 – ci ilin avqust ayında Rusiyada yaranmış maliyyə – iqtisadi böhran, MDB – nin əsası olan, keçmiş Sovet məkanında ən nüfuzlu və güclü ölkənin iqtisadiyyatının zəif vəziyyətini əks etdirirdi. Birliyin bütün ölkələri öz üzərlərində müəyyən səviyyədə rus rublunun təsirini və onun nəticəsini hiss etdilər və tək – tək və ya qruplarla Rusiya böhranının təsirini zəiflətməyə cəhd göstərdilər. 1998 – ci ilin kollapsı müəyyən dərəcədə Birliyin üzv – ölkələrinin bir –birindən asılığını, əsasən də Rusiyadan asılılığını təsdiq etdi. Keçmiş 10 il ərzində MDB dövlətləri siyasi suverenliklərini gücləndirdilər, dünya miqyasına sərbəst daxil oldular, Sovet İttifaqına daxil olmayan yaxın qonşuları ilə təsərrüfat əlaqələri qurdular. Birlik çərçivəsində isə birgə qəbul olunan qərarlara münasibət daha da kritik və sərt olmağa başladı. İqtisadi və Ödəmə İttifaqlarının yaranması barədə sövdələşmələr yerinə yetirilməmiş qaldı. Lakin bəzi ayrıca ölkələr arasında daha da sıx əlaqələrin yaranmasına meyl yaranır. Bu, üç ölkə arasında Gömrük Şurasının və Mərkəzi Asiya İqtisadi Birliyinin yaranması ilə ifadə olunur. 90 – cı illərin sonlarında Birlikdə böhranın olduğunu bütün iştirakçılar etiraf edirdi, bu, əsas qərarların icra olunmamasında, bir çox iqtisadi məsələlərdə bir neçə dövlətin əməkdaşlıqdan imtina etməsində və MDB – nin struktur təşkilatlarında özünü büruzə verirdi. Fəaliyyətin mükəmməlləşdirilməsi yollarının, yeni məqsəd və vəzifələrin axtarışına başlanılır. Ayrı – ayrı dövlətlər və alimlər MDB – nin bütün icra orqanlarının birləşdirilməsi və birinci plana iqtisadi əməkdaşlığın, azad ticarət zonasının, tarif, gömrük və valyuta şuralarının yaradılmasının çəkilməsi ideyasini irəli sürürlər. Sovet dövlətinin dağılmasından sonra dövlətlər bir sıra çətinliklərlə üzləşdilər. Bütün MDB ölkələri üçün investision fəallıq kəskin şəkildə aşağı enmişdi. Bazar islahatları çox ağır sosial nəticələrə gətirib çıxardı. Əhalinin real gəlirlərinin kəskin aşağı düşməsi müşahidə olunurdu. Bütün bunların nəticəsində işsizlik meydana gəldi. MDB ölkələrinin əksəriyyətində SSRİ zamanında mövcud olan pulsuz təhsil almaq, pulsuz tibbi yardım almaq kimi insan hüquqları qismən ləğv edildi. Səhiyyə sisteminin dağılması və insanların həyat şəraitinin ümumi pisləşməsi xəstəliyin və ölüm hallarının səviyyəsini qaldırdı. MDB, vahid xalq təsərrüfatı kompleksinin dağılmasının ardından baş vermiş böyük itkiləri vermədən, inteqrasiya əlaqələrini saxlayaraq, iqtisadi bölüşdürmə aparmağa qabil olmadı. İnteqrasion vəzifələr II plana keçdi, ölkələrin əksəriyyəti üçün öz siyasi və iqtisadi suverenliyi daha üstün oldu.

Bunların nəticəsində Birlik çox çətin vəziyyət düşdü. Hazırda iştirakçı – dövlətlər bir – birlərindən və ən başlıcası isə, Rusiyadan SSRİ – nin dağıldığı ildəkindən daha çox uzaq düşmüşlər. Rusiyanın MDB üzrə əməkdaşları ilə mal dövriyyəsi azaldı.

MDB çərçivəsində inteqrasion təşkilatlanmanın perspektivləri bir neçə istiqamətdə mümkündür ; MDB ölkələrinin iqtisadi inkişafının ümumi strategiyası, bu strategiyanı təşkil edən xarici iqtisadi idxal və ixrac siyasəti; yaxın və uzaq ölkələrlə münasibətlər.

Yuxarıda təsvir olunan çətinliklərə və məyusiyyətlərə baxmayaraq, müstəqil dövlətlərin prezidentləri Birliyin mövcudluğunun zəruriliyini etiraf edir, onun faydasını anlayır və daimi məhsuldar inteqrasiya yollarının axtarışını aparmağı arzu edirlər. Bu prosesin nəticə verməsi üçün Birlik qarşısında olan problemlərin tənqidi analizi və onların aradan qaldırılması imkanlarının axtarılması, habelə dövlətlərinin bu təşkilatdan məhz nəyi istədiklərini dəqiqləşdirmələri zəruridir.

Eyni zamanda, politoloqlar ikitərəfli münasibətlərin inkişafını proqnozlaşdırırlar. Regional planda maraqlar üzrə strukturların yaradılması da mümkündür. Belorusiya, Qazaxıstan, Qırğızıstanla Gömrük əlaqələrinin yaradılması yolu ilə dövlətlərin birləşdirilməsi cəhdi də tərəflərin öz üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməməsi ilə əlaqədar olaraq nəticə vermədi. Yaranmış rus – belorus birliyi çoxları tərəfindən SSRİ –nin qüvvəsinin bərpasına cəhd kimi qarşılanır. İyulun sonunda Mərkəzi – Asiya Şurasının iştirakçı – dövlətlərinin başçılarının sammiti oldu, bu təşkilat Qazaxıstan, Özbəkistan və Qırğızıstanın regional təşkilatıdır. Mərkəzi Asiya Şurası məkanında inteqrasiya kifayət qədər uğurlu gedir. İqtisadi inteqrasiya bu ölkələrə hərbi siyasi əlaqələri də möhkəmləndirməyə imkan verir. Bu respublikaların silahlı qüvvələri NATO proqramı çərçivəsində birgə təlimlər keçirlər.

MDB – nin yaradılması ilə Azərbaycan MDB üzvləri arasında bir çox problemlərin real həllini tapmağa, etnik düşmənçiliyin, iqtisadi çətinliklərin və s. qarşısını almağa ümid edirdi. Azərbaycan üçün MDB üzvləri ilə əməkdaşlıq yuxarıdakı məsələlərin həlli ilə yanaşı, aşağıdakıları da nəzərdə tutur :

  1. Respublikada demokratik islahatların həyata keçirilməsi üçün lazımi şəraitin yaradılması, proselərin sülh yolu ilə inkişafı, ərazi bütövlüyünün qorunması;
  2. İqtisadi islahatların razılaşdırılmış qaydada həyata keçirilməsi;
  3. MDB – də yaşayan 3 mln – dan artıq azərbaycanlının taleyinə təhlükə hədəsinin aradan qaldırılması;
  4. Qarabağ böhranın aradan qaldırılması.

Bütövlükdə isə, MDB – də iştirak – Azrbaycan tərəfindən siyasi müstəqilliyə nail olma yolunda, dünyanın digər regionlarının maliyyə – iqtisadi və mədəni struktularına müntəzəm inteqrasiya yolunda keçid mərhələsidir. Lakin Azərbaycanın Rusiyaya və MDB – yə yanaşması MDB iştirakçı – dövlətlərinin siyasətində və xüsusilə, Rusiyanın Qarabağ münaqişəsinə və Azərbaycanın daxili problemlərinə münasibətində prinsipial dəyişikliklərə gətirib çıxarmadı. Azərbaycanın MDB – də iştirakı Azərbaycan üçün onun regional təhlükəsizliyi, Azərbaycanın Ernmənistanla münaqişəsində onun mövqelərinin güclənməsi faktoru olmadı.