Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində mülki şəxslərin öldürülməsi və yaralanması ilə əlaqədar

“Dostluq gənclərin əlaqələndirmə mərkəzi” ictimai birliyinin

B Ə Y A N A T I

İyul ayının 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisi qəsdən atəşə tutulmuşdur. Ermənistan silahlı qüvvələrinin bu təxribatı nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsi Ermənistan dövlətinin terrorçu, təcəvüzkar mahiyyətini bir daha təsdiq edir.

Qeyri-Hökumət Təşkilatları olaraq dinc sakinlərə qarşı törədilmiş cinayətlə bağlı, sülh naminə səslənirik!

İnsan ölümünə səbəb olmuş bu qanlı hadisədən bizi 1 gün ayırır. Tarix zamanla ölçülsə də, faciələr günahsız insanların – uşaqların, qadınların, ahıl qocaların bir an içində yox olan həyatları heç bir ölçüyə sığmır. Hesab edirik ki, insanlığın ən ağılasığmaz hadisəsi kimi sonradan bir çox tədqiqatçıların, tarixçilərin, siyasətçilərin və digər başqa peşə sahiblərinin ortaya çıxardıqları nəticələr humanizm, insanpərvərlik, ədalət və bəşəri dəyərlər kimi hisslərlə yaşayan və ona inanan hər kəsi heyrətləndirəcək. Bu faciəvi hadisənin müəllifi və ünvanı – Ermənistan silahlı qüvvələridir. Ermənistan ordusu bütün beynəlxalq hüquq normalarını pozaraq dinc əhaliyə hərbi texnikadan atəş açmış, qoca və azyaşlı uşağı öldürmüşdür. Yaranmış vəziyyətə görə bütün məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.

Qeyri-Hökumət Təşkilatları olaraq dünyanın müxtəlif ölkələrində hökumət orqanlarında, ictimai təşkilatlarda, beynəlxalq qurumlarda, kütləvi informasiya vasitələrində fəaliyyət göstərən həmkarlarımıza, ədalətə inanan və onun bərpasına çalışan insanlara müraciət edərək səsimizə səs vermələrini xahiş edir, Ermənistan ordusunun dinc əlaliyə qarşı amansız hərəkətlərini pisləməyə çağırırıq.

Biz dünya ictimaiyyətini sülh və insanlıq naminə, erməni silahlı qüvvələrinin törətdiyi bəşər cəmiyyətinə qara hərflərlə yazılmış bu hadisəni lənətləmək üçün səsləyirik!