Ölkə prezidenti tərəfindən təqdim olunan bütün mükafatların, təltiflərin mənəvi dəyəri çox yüksəkdir.

Aktor.Az xəbər verir ki, bu sözləri kütləvi informasiya vasitələri nümayəndələrinin evlə təmin olunması məsələsini şərh edərkən “Dostluq” Gənclərin Əlaqələndirməsi Mərkəzi İctimai Birliyinin sədri Yusif Ağayev belə deyib.

Onun sözlərinə görə, bu, həm şərəfli, eyni zamanda məsuliyyətli bir işdir. Media nümayəndələrinə olan yüksək diqqət və qayğının nəticəsidir ki, ölkə prezidenti İlham Əliyev tərəfindən 255 jurnalistə mənzil hədiyyə edilib.

Yusif Ağayev əlavə edib ki, bu addımla dünyada ilklərə imza atan ölkəmiz dördüncü hakimiyyətin nümayəndələrinə olan diqqət və qayğı ilə də nümunə ola bildi.

“Bu diqqət əslində mediyaya, azad sözə, demokratiyaya verilən dəstəyin ifadəsidir. Öz fədakar əməklərinin nəticəsi ilə sevinən və mənzil almaları münasibəti ilə mediya nümayəndələrini təşkilatım adından təbrik edirəm! Bu əlamətdar günlə əlaqədar bütün təbriklərə qoşuluruq!”, – deyə təşkilat rəhbəri təbrik fikirlərini çatdırıb.

Leave Comment

Your email address will not be published. Required fields are marked *

clear formSubmit